28 May Müstəqillik Günü - Müasir dövlətçilik tariximizin başlanğıcıdır
29.05.2025 [19:54]
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə müdrik Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Lakin bu müstəqillik yolu xalqımıza heç də asan başa gəlməmişdir. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət kimi Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açmışdır. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 May tarixi hər il Azərbaycanda Müstəqillik Günü kimi qeyd edilir. Azərbaycanın müstəqillik tarixi məhz, 1918-ci ildən başlanır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixdə silinməz izlər qoymuş, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmişdir. Dövlət quruculuğu sahəsində də ciddi tədbirlər həyata keçirilmiş, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilmiş, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılmış, demokratik prinsiplərə uyğun dövlət orqanları qurulmuş, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun müstəqillik ideyaları heç vaxt unudulmamışdır. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə məlum səbəblərdən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalsa da, 1993-cü ildə Böyük Xilaskar, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha göstərmiş və uğurlu daxili və xarici siyasətin nəticəsində müstəqilliyini itirmək təhlükəsindən xilas olmuşdur.
Bu gün Azərbaycan xalqının və dövlətinin müstəqillik tarixində yeni bir dönəm başlamışdır. Bu gün hər bir azərbaycanlı Qalib xalqın Qalib övladı kimi müasir, müstəqil, suveren, qüdrətli Azərbaycanın qazandığı qələbələrə, uğurlara görə, regionda və dünyada söz sahibi olduğuna görə, sözünün imzası qədər əhəmiyyətli olmasına görə qürur hissi keçirir və fəxr edir. Bütün bunlara görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına, müqəddəs şəhidlərə, igid qazilərə, rəşadətli orduya, xüsusilə də Böyük Xilaskar, Dahi Rəhbər Heydər Əliyevə borcluyuq. Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil, demokratik, güclü və qüdrətli, hüquqi və dünyəvi dövlətin Azərbaycan modelinin müəllifidir.
Ümummilli Lider, Dahi Rəhbər Heydər Əliyevin ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və suverenliyimizin bərpası idi. Böyük qürur hissi ilə söyləmək olar ki, Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə xalqımızın ən böyük uğuru 5 ilə zəbt edilmiş, 30 ilə yaxın işğal altında saxlanılmış torpaqlarımızın cəmi 44 gün ərzində düşmən tapdağıdan azad ediməsi və 19-20 sentyabr 2023- сü il tarixində Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərdə dinc əhali və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun işğaldan azad edilmiş ərazilərdə bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusunun bölgədə lokal xarakterli antiterror tədbirləri keçirməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında növbəti Qələbəyə imza atmasıdır. Bununla da bütün dünyaya, xüsusilə də mənfur qonşulara və onların havadarlarına sübut olundu ki, Azərbaycan xalqı mübariz xalqdır, həmişə haqqın - ədalətin, sülhün tərəfindədir və müdrik xalqımız heç zaman ona qarşı edilən haqsızlığı bağışlamayıb və bundan sonra da bağışlamayacaq.
“Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Ümummilli Lider Heydər Əliyevin cəsarəti, müdrikliyi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı bu müstəqillik yoluna çıxarıb. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik.
Hal-hazırda müdrik Azərbaycan xalqı əsrlər boyu arzusunda olduğu, müstəqil, suveren, qüdrətli, qalib bir dövlətə sahibdir. Bu gün müstəqil, suveren Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, Qüdrətli Orduya, dünyaşöhrətli Liderə malik bir ölkə kimi tanınır. Müzəffər Ali Baş Komandanın xüsusi sərkərdəlik qabiliyyəti, müqəddəs şəhidlərin canı bahasına, igid qazilərimizin qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin sücayəti, rəşadəti nəticəsində xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunmuşdur. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz tamamilə bərqərar edilmişdir. Möhtəşəm, misilsiz Qələbə sayəsində Dövlət Bayrağımız bu gün suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır, torpaqlarımıza həyat yenidən qayıdır. Bütün bunlar müstəqil, suveren Azərbaycanın əbədi və dönməz müstəqillik yolunda inamla irəlilədiyini göstərir.
Çingiz Məmmədov,
YAP Qazax rayon təşkilatının əməkdaş
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

