Müstəqil və qüdrətli Azərbaycanın memarı - HEYDƏR ƏLİYEV
09.05.2025 [12:08]
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünki uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyev zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Azərbaycan xalqının tarixində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycan mənim nəfəsim, həyatımdır. Doğma vətənim Azərbaycana bağlıyam. Heydər Əliyevin böyüklüyü Onun sözü ilə əməlinin vəhdətində idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Heydər Əliyev böyük azərbaycanlıdır, böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur. O, öz ömrünü Azərbaycan xalqına həsr etmişdir və bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət edirdi".
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanılıb. Sovet dövründə yaşadığımız illərdə Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olub. Azərbaycanı özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş ölkəyə çevirmək məqsədi ilə qətiyyətli qərarlar verib. Azərbaycan xalqının Xilaskarı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu Öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsi ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu və xalqımızın qurtuluşu kimi müstəqillik tariximizdə yer aldı. Azərbaycanda hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Xilaskarlıq missiyası nəticəsində Azərbaycan sarsıntılardan, ictimai-siyasi böhrandan uğurla çıxaraq qüdrətli dövlətə çevrildi. Müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitliyin yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləvğinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatların həyata keçirilməsinə nail oldu. "Nə qədər Azərbaycan var, mən yaşayacağam. Mən Azərbaycanda əbədi olacağam. Ona görə ki, müstəqil Azərbaycan dövləti əbədi olacaq", - deyə Heydər Əliyev bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd edib ki, bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur: "On il ərzində - 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilmişdir. Dövlətimizin ideoloji əsasları qoyulmuşdur. Köklü siyasi islahatlar aparılmışdır. İqtisadi sahədə böyük islahatlar aparılmağa başlamışdır".
Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. Zamanın axarında Azərbaycan da, həyatımız da tamamilə dəyişdi. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Prezident İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın təmin olunduğu güclü dövlətə çevrilib.
1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək qələbə qazanması tariximizə Zəfər yazdı. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da böyük uğurlara imza atır.
Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.
Bütün ömrünü canından artıq sevdiyi xalqına, ölkəsinə həsr edən, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək fundamental uğurlara imza ataraq Ulu Öndər Heydər Əliyev tariximizdə adını əbədiləşdirib.
Xəbər lenti
Hamısına bax
Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40

YAP xəbərləri
17 May 12:37

Gündəm
17 May 11:50

İqtisadiyyat
17 May 11:38

Siyasət
17 May 11:15

MEDİA
17 May 10:57

Sosial
17 May 10:34

Analitik
17 May 10:14

Analitik
17 May 09:57

Analitik
17 May 09:36

Siyasət
17 May 09:16

Ədəbiyyat
17 May 08:53

Sosial
17 May 08:31

Sosial
17 May 08:17

Dünya
16 May 23:32

Dünya
16 May 23:14

Gündəm
16 May 22:57

İqtisadiyyat
16 May 22:39

Sosial
16 May 22:19

Sosial
16 May 21:47

Dünya
16 May 21:27

İdman
16 May 20:45

YAP xəbərləri
16 May 20:38

Xəbər lenti
16 May 20:36

Dünya
16 May 20:21

Sosial
16 May 19:34

İqtisadiyyat
16 May 19:13

Xəbər lenti
16 May 18:33

YAP xəbərləri
16 May 18:11

Gündəm
16 May 18:01

Dünya
16 May 17:56
YAP xəbərləri
16 May 17:19

Dünya
16 May 17:12

Gündəm
16 May 16:50

Siyasət
16 May 16:20

Xəbər lenti
16 May 16:14

YAP xəbərləri
16 May 16:10

Siyasət
16 May 16:09

Sosial
16 May 15:57
YAP xəbərləri
16 May 15:32

YAP xəbərləri
16 May 14:59

Gündəm
16 May 14:58

Siyasət
16 May 14:54

Dünya
16 May 14:43

Gündəm
16 May 14:37

Sosial
16 May 13:21

Hərbi
16 May 12:16

Dünya
16 May 12:14

Elm
16 May 12:07

İdman
16 May 11:48

Siyasət
16 May 11:23

Elm
16 May 11:20

Dünya
16 May 11:04

Sosial
16 May 11:01

YAP xəbərləri
16 May 10:55

Siyasət
16 May 10:54

İqtisadiyyat
16 May 10:52

Siyasət
16 May 10:45

İqtisadiyyat
16 May 10:42

Siyasət
16 May 10:32

İqtisadiyyat
16 May 10:23

Sosial
16 May 10:16

Sosial
16 May 10:15

İqtisadiyyat
16 May 10:13

MEDİA
16 May 09:54
