Azərbaycan və İran münasibətlərində regional əməkdaşlıq perspektivləri
01.05.2025 [15:47]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin hazırkı mərhələdə yeni bir dinamika ilə inkişaf etdiyini aydın şəkildə ortaya qoyur. Bu səfər regional və beynəlxalq miqyasda ortaq maraqlara əsaslanan əməkdaşlıq iradəsinin təzahürüdür. Görüşlər zamanı qarşılıqlı hörmət, dövlət suverenliyinə riayət və daxili işlərə müdaxilə etməmək prinsiplərinin əhəmiyyəti xüsusi vurğulanıb. Prezident cənab İlham Əliyevin “Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək” sözləri ölkələr arasında etibarlı və qarşılıqlı faydalı tərəfdaşlığın bariz nümunəsidir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfəri Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Siyasi dialoqun intensivləşməsi və strateji əməkdaşlıq sahələrinin genişləndirilməsi bu səfərin əsas nəticələrindəndir. Bu görüş regionda — xüsusilə Cənubi Qafqazda — sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verən bir addımdır. İranın 3+3 formatında fəal iştirakı və regional əməkdaşlığa verdiyi dəstək bu istiqamətdə önəmlidir. Bu təşəbbüs gələcəkdə regionun geosiyasi sabitliyini təmin etmək üçün önəmli əsaslar yaradır. İranın bu proseslərdə fəallıq göstərməsi onun regionda sabitlik və dialoqa marağının sübutudur. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi - bu gün gündəlikdə geniş mövzular yer alır və regional təhlükəsizliklə yanaşı, çoxtərəfli əməkdaşlıq üçün də böyük imkanlar mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və logistik əməkdaşlıq layihələri səfərin iqtisadi əhəmiyyətini artırır. Bu layihələr, həmçinin iki ölkənin tranzit imkanlarını genişləndirərək, Avrasiya məkanında ticarətə yeni imkanlar yaradır. Layihə həmçinin enerji resursları, mal və xidmətlərin daha çevik, sərfəli və səmərəli şəkildə daşınmasını təmin edir. Bu təşəbbüs regional iqtisadi inteqrasiyanı dərinləşdirməklə yanaşı, nəqliyyat infrastrukturuna sərmayələrin artmasına və iqtisadi inkişafa təkan verir. Dövlət başçımız cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu dəhlizin fəaliyyəti üçün zəruri infrastrukturu artıq təmin edib və artan yük həcmini nəzərə alaraq logistika imkanlarını daha da genişləndirir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri sadəcə protokol xarakterli görüş deyil, həm regional, həm də beynəlxalq kontekstdə strateji əhəmiyyətə malik diplomatik hadisədir. İki ölkə arasında dostluq, iqtisadi tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm bir addımdır.
Azərbaycan və İran BMT, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Qoşulmama Hərəkatı çərçivəsində bir-birini daim dəstəkləyir və bu qarşılıqlı dəstək iki ölkənin beynəlxalq arenada diplomatik əməkdaşlığını daha da gücləndirir. Belə əməkdaşlıq regional və qlobal məsələlərdə daha təsirli mövqe tutmağa da imkan yaradır.
Səfər çərçivəsində imzalanmış beş mühüm sənəd tərəflər arasında hüquqi və institusional əlaqələrin gücləndirilməsi baxımından mühüm addımdır. Xüsusilə, 2025–2027-ci illəri əhatə edən Siyasi Məsləhətləşmələr Proqramı iki ölkə arasında diplomatik təmasların davamlılığını təmin edəcək. Bundan əlavə, nəqliyyat, dənizçilik, mədəniyyət və media sahəsində bağlanmış sənədlər praktiki əməkdaşlığın yeni sahələrə yayılmasına imkan yaradır. Bu əməkdaşlıq yalnız siyasi deyil, eyni zamanda iqtisadi, sosial və humanitar sahələrdə də qarşılıqlı maraqlara əsaslanır. Mədəniyyət tədbirləri, birgə film və sənədli layihələr, dini və mədəni irsin qorunması istiqamətində təşəbbüslər xalqlar arasında mənəvi bağları gücləndirəcək. İkitərəfli əlaqələrin regional müstəvidə də yeni əməkdaşlıq modellərinin formalaşmasına təkan verdiyi aydın görünür. Bu isə həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Mövcud qlobal çağırışlar fonunda Azərbaycan və İran arasında qarşılıqlı hörmət və bərabərlik prinsipinə əsaslanan münasibətlər modeli regional sülh, çoxtərəfli əməkdaşlıq və xalqların rifahı üçün nümunəvi bir yanaşmadır. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi yalnız iki qonşu dövlətin deyil, ümumilikdə bütün regionun inkişafına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

