Azərbaycan ilə Çin regional sabitlik və qlobal əməkdaşlığın tərəfdarlarıdır
01.05.2025 [16:26]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin aprelin 24-də Çinin CGTN beynəlxalq xəbər telekanalına verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinə dair beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Müsahibədə dövlətimizin başçısı ölkəmizin xarici siyasət prioritetlərini, regional və qlobal proseslərə baxışını, həmçinin Azərbaycan-Çin əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı mühüm fikirlər səsləndirib.
Azərbaycan və Çin dövlətləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, bərabərhüquqlu, qarşılıqlı hörmətə dayanan əməkdaşlıq xətti yürüdürlər. Hər iki ölkə bir-birinin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalır. Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir və bu mövqeyini beynəlxalq tribunalarda ardıcıl şəkildə ifadə edir. Eyni zamanda Çin də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək daim prinsipial mövqe nümayiş etdirib. Bu qarşılıqlı dəstək ölkələrin strateji maraqlarına uyğun şəkildə münasibətləri daha yüksək səviyyəyə çatdırmasına zəmin yaradır. İki ölkə münasibətləri dərin tarixi təmələ, qarşılıqlı inama və strateji maraqlara əsaslanır. Bu dövlətlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına önəm verir və ikitərəfli əlaqələrin davamlı gücləndirilməsi istiqamətində qətiyyət nümayiş etdirir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri də bu münasibətlərin zirvə nöqtələrindən biri kimi tarixə düşüb. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.
İki ölkə arasında münasibətlər ticarət, sənaye, enerji, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, mədəniyyət və humanitar sahələrdə də ardıcıl olaraq genişlənir. Xüsusilə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın strateji mövqeyi və tranzit imkanları bu əlaqələrin əsas sütunlarından birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkəmizin logistik potensialını nümayiş etdirir. Azərbaycan Prezidenti müsahibəsində vurğulayıb ki, “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq”.
Enerji sektorunda da tərəfdaşlıq genişlənir. Çin şirkətləri Azərbaycanın neft-qaz sahəsində həyata keçirilən layihələrə maraq göstərir, eyni zamanda, “yaşıl enerji”, xüsusilə külək və günəş enerjisi üzrə investisiya təşəbbüsləri aktuallaşır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır və Çin kimi iqlim dəyişiklikləri ilə bağlı qlobal təşəbbüslərdə fəal iştirak edən ölkələrlə birgə layihələrin həyata keçirilməsinə şərait yaradır.
Azərbaycan və Çin beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər. Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu daşıyır və bu platforma çərçivəsində təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə ədalətli və inklüziv beynəlxalq münasibətlər sisteminin qurulmasına verdiyi töhfə ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bu nüfuz Azərbaycan-Çin münasibətlərinin inkişafı üçün də əlavə siyasi əsas yaradır.
Prezident İlham Əliyevin CGTN-ə müsahibəsində Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan və balanslaşdırılmış xarici siyasət strategiyası bir daha aydın şəkildə ifadə olunub. Bu siyasət nəticəsində ölkəmiz həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş və sabitlik amili kimi tanınır. Çin də öz növbəsində ədalətli dünya nizamının formalaşması ideyasını dəstəkləyən mühüm qlobal gücdür və müstəqil siyasət yürüdən ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinə xüsusi önəm verir.
Hazırkı mürəkkəb beynəlxalq şəraitdə güc mərkəzlərinin dəyişməsi və yeni çağırışların meydana çıxması fonunda Azərbaycan və Çin arasında aparılan strateji dialoq xüsusi əhəmiyyət daşıyır. Çoxqütblü və ədalətli dünya nizamının təşəkkül tapması üçün ölkələr arasında qarşılıqlı inam, bərabərlik və hörmət prinsipləri əsas götürülməlidir. Azərbaycan bu prinsipləri əsas tutaraq Çinlə münasibətlərini uzunmüddətli və dayanıqlı strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdirməyə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15

