Çin - Azərbaycan münasibətlərində yeni səhifə
30.04.2025 [22:41]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Aprelin 25-də həmin televiziya kanalında yayımlanan müsahibədə Dövlətimizin başçısı Çin - Azərbaycan münasibətlərindən danışıb, Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə olan dostluğundan bəhs edib, ölkəmizdə həyata keçirilən geniş islahatlardan, müasir və yaşıl sənayelərin qurulmasına keçid barədə məlumat verib, digər mühüm məsələlərə toxunub.
Prezident İlham Əliyev müsahibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıqlarını, bununlada iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdıqlarını bildirib . Eyni zamanda bir çox sahəni əhatə edən 20-dən artıq sənədin imzalandığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı hər dəfə Çinə gələndə inkişaf, bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri gördüyünü vurğulayıb. Çinə ilk səfərinin 2005-ci ildə olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam.
Dövlətimizin başçısı müsahibəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninin geniş gündəliyinin olduğunu bildirib. Cənab Prezident hər iki ölkənin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirdiyini, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb. Bəyanatın digər hissəsinin ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə etdiyini vurğulayıb.
“Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır”,- deyə Prezident İlham Əliyev əlavə edib.
“Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Səlahiyyətlərimə başlayanda mənim əsas məqsədim ölkədə siyasi və sosial sabitliyi qorumaq idi. O vaxt ölkə çox yoxsul idi. Əlbəttə ki, bizə müdaxilələr olunurdu, yürütdüyümüz siyasətə təsir göstərmək cəhdləri edilirdi, müxtəlif Qərb dairələri tərəfindən daxili işlərimizə müdaxilələr olunurdu. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumaq bir
nömrəli vəzifə idi. Çünki mən aydın dərk edirdim ki, bunsuz biz inkişaf edə bilmərik. Belə də oldu”,- deyən ölkə başçısı qeyd edib ki, güclü iqtisadiyyat qurmağa başladıq.
Dövlət başçısı bu gün Azərbaycanın xarici borcunun ÜDM-in 7 faizindən az, mübadilə olunan valyuta ehtiyatları xarici borcundan 14 dəfə çox olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev əlavə edib ki, işsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Beləliklə, Çin burada çox mühüm rol oynayır.
Ölkə başçısı bu vaxtadək Çin şirkətlərinin investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışdıqlarını bildirib. Dövlət başçısı qeyd edib ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək.
Prezident İlham Əliyev Azərbaycanın artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus aldığını, əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlanıldığını bildirib. Ölkə başçısı onu da diqqətə çatdırıb ki, bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlanılacaq.
“Bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir” - deyən ölkə başçısı əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

