Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlıq, qlobal əməkdaşlıq və ədalətli dünya nizamı
28.04.2025 [21:35]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Respublikası çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Bu siyasətin əsas istiqamətlərindən biri də Şərqlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. Xüsusilə Çin Xalq Respublikası ilə qurulan münasibətlər son illərdə dinamik inkişafı ilə seçilir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Sinxua agentliyinə verdiyi məxsusi müsahibə iki ölkənin strateji tərəfdaşlığının daha da güclənməsi baxımından mühüm hadisə kimi yadda qalmışdır.
2024-cü ilin 3 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilmiş görüşlər zamanı qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası münasibətlərdə yeni səhifə açmışdır. Prezident İlham Əliyev müsahibəsində bu sənədin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq. Bəyannamə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm hüquqi və siyasi baza yaradır.
Azərbaycan və Çin arasında münasibətlərin dərinləşdirilməsi əsas niyyət kimi qarşıya qoyulub. Bu, yalnız siyasi əlaqələrlə məhdudlaşmır, iqtisadiyyat, enerji, rəqəmsal texnologiyalar, təhsil və kənd təsərrüfatı kimi sahələrdə də qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını nəzərdə tutur. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk. Çində fəaliyyət göstərən iri sənaye və texnologiya müəssisələri ilə birbaşa əlaqələrin qurulması, birgə istehsal və texnologiya ötürülməsi istiqamətində atılacaq addımlar ölkələrimiz üçün qarşılıqlı fayda və davamlı inkişaf perspektivləri vəd edir.
Azərbaycan və Çin beynəlxalq müstəvidə nəqliyyat və logistika sahəsində uğurlu əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub. Bu təşəbbüsün reallaşdırılması çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz nəqliyyat layihələri Çini Avropa ilə birləşdirən mühüm logistik mərkəzlərdən birinə çevrilməkdədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Zəngəzur dəhlizi və digər regional layihələr Çin yüklərinin Qərbə qısa, sürətli və təhlükəsiz şəkildə çatdırılmasına imkan verir. Bu əməkdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, eyni zamanda Avrasiya coğrafiyasında nəqliyyat təhlükəsizliyi və iqtisadi inteqrasiyaya da ciddi töhfələr verir.
Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində ədalət prinsipinə əsaslanan yeni dünya nizamının formalaşmasına töhfə verməkdə maraqlıdır. Dövlətimizin xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, qarşılıqlı suverenliyə və daxili işlərə qarışmamaq prinsipləri əsas yer tutur. Çin də eyni mövqeni bölüşür, hər iki dövlət Qlobal Cənubun bir hissəsi kimi, inkişaf etməkdə olan ölkələrin maraqlarının beynəlxalq gündəmdə təmsil olunmasına və dünya nizamında daha çox səs sahibi olmalarına çalışır. Bu baxımdan BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda Azərbaycan və Çin arasında koordinasiya və əməkdaşlıq diqqətçəkicidir.
Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə bir daha sübut etdi ki, Azərbaycan-Çin münasibətləri etimada, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında imzalanan Birgə Bəyannamə bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə region və qlobal miqyasda sabitlik, əməkdaşlıq və ədalət naminə strateji əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

