Ana dili hər bir xalqın milli-mənəvi sərvətidir
24.04.2025 [12:15]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
XX əsrin 70-ci illərində Sovet İttifaqında yerli dillərin sıxışdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Belə bir tarixi şəraitdə Azərbaycan dilinin rəsmi hüquqi statusa qovuşdurulması, şübhəsiz, qeyri-adi siyasi iradə və uzaqgörənlik tələb edirdi. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də qəbul edilən Konstitusiyada “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin yer alması milli iradənin dövlət məzmunu kəsb etməsinin parlaq nümunəsinə çevrilmişdir.
Dahi Lider Heydər Əliyev dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın varlığını, milli yaddaşını və mədəni irsini yaşadan ali dəyər olduğunu qətiyyətlə bəyan edirdi. Dövlət dilinin konstitusion statusa qovuşması, faktiki olaraq milli müqavimətin və gələcək müstəqilliyin ideoloji bünövrəsi oldu.
1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyev tərəfindən yürüdülən ardıcıl və sistemli dil siyasətinin davamı idi. Azərbaycan dili xalqın taleyinin, tarixinin, dünyagörüşünün daşıyıcısıdır. Ulu Öndər bu həqiqəti dövlət idarəetməsi səviyyəsinə yüksəltmişdir. Ümummilli Liderin siyasi iradəsi ilə dövlətin əsas Qanununda dilin rəsmi status alması milli suverenliyin ilkin nişanəsi kimi dəyərləndirilməlidir. Bu, həm də gələcək nəsillərin mənəvi sabitliyinə qoyulan möhkəm təməl idi.
2001-ci ildə imzalanan Fərmanla Dövlət Dil Komissiyasının yaradılması, 2002-ci ildə “Dövlət dili haqqında” Qanunun qəbul edilməsi və ana dilinə həsr olunmuş rəsmi günün təsis olunması dilin yalnız hüquqi deyil, həm də ictimai-mədəni nüfuzunun artırılması baxımından mühüm hadisələr idi.
Ulu Öndər Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Dahi Liderin sözlərinə görə, “Öz dilini bilməyən, öz dilini sevməyən insan nə xalqını, nə də tarixini dərk edə bilər”. Bu yanaşma milli tərbiyənin və dövlət strategiyasının əsas fəlsəfəsinə çevrilmişdir.
Azərbaycan dilinin dövlət statusunun qorunması və inkişaf etdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən strateji xətt kimi davam etdirilir. Bu siyasət yalnız bir mədəni missiya deyil, həm də milli təhlükəsizlik, dövlət suverenliyi və vətəndaş həmrəyliyinin təminatıdır. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Beləliklə, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dil siyasətini uğurla davam etdirərək, ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsini, qorunmasını və inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan dili milli kimliyimizin və mədəni irsimizin ayrılmaz rəmzi kimi daha da möhkəmlənmiş, beynəlxalq müstəvidə tanınması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu siyasət həm xalqımızın mənəvi birliyini gücləndirir, həm də gələcək nəsillərə dəyərli milli irs kimi ötürülür.
Xəbər lenti
Hamısına bax
Siyasət
14 May 18:25

YAP xəbərləri
14 May 18:11

YAP xəbərləri
14 May 17:39

YAP xəbərləri
14 May 16:46

YAP xəbərləri
14 May 16:27

YAP xəbərləri
14 May 15:54

Xəbər lenti
14 May 15:31

YAP xəbərləri
14 May 15:29

Siyasət
14 May 15:09

İqtisadiyyat
14 May 14:51

Sosial
14 May 14:50

Dünya
14 May 14:49

Xəbər lenti
14 May 14:48

YAP xəbərləri
14 May 14:35

Dünya
14 May 14:22

Gündəm
14 May 13:49

İdman
14 May 13:35

Dünya
14 May 12:18

Sosial
14 May 11:51

Gündəm
14 May 11:31

İdman
14 May 11:28

Analitik
14 May 10:52

Sosial
14 May 10:43

Siyasət
14 May 10:41

YAP xəbərləri
14 May 10:33

Siyasət
14 May 10:32

İqtisadiyyat
14 May 10:28

Hadisə
14 May 10:26

İqtisadiyyat
14 May 10:25

Siyasət
14 May 10:25

İqtisadiyyat
14 May 10:24

Siyasət
14 May 10:11

İqtisadiyyat
14 May 09:58

Hərbi
14 May 09:44

Sosial
14 May 09:43

Analitik
14 May 09:34

Analitik
14 May 09:28

İqtisadiyyat
14 May 09:11

Analitik
14 May 08:57

Analitik
14 May 08:44

MEDİA
14 May 08:32

Sosial
14 May 08:16

İqtisadiyyat
13 May 23:35

YAP xəbərləri
13 May 23:12

Sosial
13 May 22:48
YAP xəbərləri
13 May 22:31

İdman
13 May 22:15

YAP xəbərləri
13 May 21:44

Siyasət
13 May 21:36

YAP xəbərləri
13 May 21:09

İqtisadiyyat
13 May 20:52

YAP xəbərləri
13 May 20:38

Dünya
13 May 20:26

YAP xəbərləri
13 May 20:13

Sosial
13 May 19:52

YAP xəbərləri
13 May 19:38

İqtisadiyyat
13 May 19:24

YAP xəbərləri
13 May 19:16

İdman
13 May 19:06

Hərbi
13 May 18:42

Siyasət
13 May 18:29

Analitik
13 May 18:09

YAP xəbərləri
13 May 18:05

Gündəm
13 May 18:02

Dünya
13 May 17:47

Gündəm
13 May 17:35

YAP xəbərləri
13 May 17:15

YAP xəbərləri
13 May 17:05

Gündəm
13 May 17:02

YAP xəbərləri
13 May 16:57
