Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir
17.04.2025 [18:28]
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda etdiyi çıxış, yalnız bölgə ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar idi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, Ermənistanla normallaşma prosesinin konturlarını, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də Azərbaycanın geosiyasi baxışının, regional transformasiya layihələrinin və təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir.
Ukraynada müharibə, təkqütblü dünya modelinin çökməsi, enerji və logistika marşrutlarının dəyişməsi ilə daha da güclənmiş geosiyasi qeyri-sabitlik kiçik və orta dövlətlər qarşısında əsaslı bir sual qoydu: bu yenidənqurmanın obyekti olmaq, yoxsa subyekti? Azərbaycan bu paradiqmada birmənalı olaraq subyektdir və ADA-da keçirilən forum bunu bir daha sübut etdi.
Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur.
Aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox zəruri məqamlarla bərabər Türk dünyası ilə bağlı proseslərə aydınlıq gətirib: “Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək”.
Təbii ki, dünyanın belə qaynar çağında Türk Dövlətləri Təşkilatının (TDT) yeni çağırışları nəzərə alaq toparlanması inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə təkan verəcək. Bu prosesdə Azərbaycanın və Tükiyənin rolu əvəzsizdir. Prezident çıxışına davam edərək qeyd edib: “Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur".
Həqiqətən mövcud resursların səmərəli istifadəsi, yaranacaq situasiyalardan düzgün yararlanmaq Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsində yeni imkanlar aça bilər. Ümumilikdə Türk coğrafiyasının genişlənməsi regionda və dünyada sabitliyə, inkişafa töhfə verər.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, məsələn, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq.
Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.
Bu gün Azərbaycan Avrasiya konfiqurasiyasında əsas mövqe tutur. Bu, sadəcə ritorika deyil. Xəzər dənizi ilə Qara dəniz, Rusiya ilə İran, Türkiyə ilə Mərkəzi Asiya arasında yerləşən Azərbaycanın coğrafiyası artıq çoxdan geosiyasətə çevrilib. Son iyirmi ildə Azərbaycan regionun ən mühüm enerji və logistika mərkəzinə çevrilib.
Bu nailiyyətlər coğrafi bəxtdən yox, strateji düşüncədən qaynaqlanır. Bakı Macarıstan, İtaliya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Rumıniya daxil olmaqla, çoxsaylı dövlətlərlə strateji sazişlər imzalayaraq çoxsəviyyəli qarşılıqlı asılılıq şəbəkəsi yaradıb.
2020-ci ildə Qarabağın azad olunmasından sonra Azərbaycanın münaqişədən sonrakı quruculuq yanaşması unikal modeldir. Bu yanaşma sadəcə ərazilərin bərpası ilə yekunlaşmır, əksinə, “pozitiv sülh” konsepsiyasına əsaslanır – yəni müharibələr arasında fasilə yox, davamlı, institusional nizam forması.
Forumda Prezident İlham Əliyev xüsusi bir məqama diqqət çəkdi: beynəlxalq ekspertlərin azad edilmiş əraziləri ziyarət etməsi və dağıntıların real miqyasını görməsi. Bu, həm humanitar anlamda münaqişənin dərkidir, həm də diplomatik mesajdır - Azərbaycan təkcə qələbə qazanmır, həm də qurur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Fevral 16:27
YAP xəbərləri
16 Fevral 16:21
İqtisadiyyat
16 Fevral 16:19
Sosial
16 Fevral 16:18
Dünya
16 Fevral 16:17
İqtisadiyyat
16 Fevral 16:08
Sosial
16 Fevral 15:38
İqtisadiyyat
16 Fevral 15:05
Sosial
16 Fevral 15:00
YAP xəbərləri
16 Fevral 14:50
Gündəm
16 Fevral 14:37
YAP xəbərləri
16 Fevral 14:35
Dünya
16 Fevral 13:57
İdman
16 Fevral 13:52
Sosial
16 Fevral 13:52
YAP xəbərləri
16 Fevral 13:34
Hadisə
16 Fevral 13:27
Gündəm
16 Fevral 13:19
YAP xəbərləri
16 Fevral 13:01
Sosial
16 Fevral 12:36
Dünya
16 Fevral 12:33
Sosial
16 Fevral 12:15
YAP xəbərləri
16 Fevral 12:14
Dünya
16 Fevral 12:10
Siyasət
16 Fevral 12:08
YAP xəbərləri
16 Fevral 11:49
YAP xəbərləri
16 Fevral 11:49
İqtisadiyyat
16 Fevral 11:48
İqtisadiyyat
16 Fevral 11:45
Dünya
16 Fevral 11:45
Sosial
16 Fevral 11:44
Dünya
16 Fevral 11:19
Dünya
16 Fevral 10:54
Hadisə
16 Fevral 10:26
Sosial
16 Fevral 10:26
Dünya
16 Fevral 10:22
YAP xəbərləri
16 Fevral 10:00
Dünya
16 Fevral 09:40
Dünya
16 Fevral 09:17
Dünya
16 Fevral 08:51
İdman
16 Fevral 08:34
Dünya
15 Fevral 22:14
Gündəm
15 Fevral 21:24
Sosial
15 Fevral 20:03
Gündəm
15 Fevral 19:44
Dünya
15 Fevral 19:22
Dünya
15 Fevral 18:17
Gündəm
15 Fevral 17:52
Sosial
15 Fevral 17:34
Gündəm
15 Fevral 16:52
Dünya
15 Fevral 16:25
Gündəm
15 Fevral 16:05
Gündəm
15 Fevral 15:53
Gündəm
15 Fevral 15:19
Dünya
15 Fevral 14:28
Dünya
15 Fevral 13:17
Dünya
15 Fevral 12:23
Siyasət
15 Fevral 12:22
Dünya
15 Fevral 11:19
Siyasət
15 Fevral 10:47
Dünya
15 Fevral 09:20
Dünya
14 Fevral 23:19
Gündəm
14 Fevral 22:35
Hadisə
14 Fevral 22:13
Sosial
14 Fevral 21:32
Dünya
14 Fevral 20:17
Gündəm
14 Fevral 19:46
İdman
14 Fevral 19:34
Gündəm
14 Fevral 19:14
Gündəm
14 Fevral 19:06

