Yeni Azərbaycan Partiyası cəmiyyətimizin alternativsiz siyasi qüvvəsidir
18.07.2013 [11:18]
YAP Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib
Dünən Pirallahı rayonunda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib. Konfransda 300 nümayəndə iştirak edib.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurət nəticəsində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmışdır: “YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır”.
Yeni yaradılmış Pirallahı rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən danışan V.İmanov bildirib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası davam edir: “Artıq Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işləri sürətlə gedir. Pirallahı qəsəbəsinin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılaraq rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilmişdir. Qəzalı binalarda yaşayan sakinlərin köçürülməsi məqsədilə artıq “Abad məhəllə-1” layihəsinin icrasına start verilmiş və iki binanın özülü qoyulmuşdur. Uzun illər susuzluqdan əziyyət çəkən Pirallahıya Ceyranbatandan yeni su xəttinin çəkilişi prosesi intensiv surətdə davam etdirilir”.
Vasif İmanov Pirallahı kimi sürətli inkişaf mərhələsində olan bir rayonda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının təsis edilməsinin zəruriliyi və əhəmiyyətini vurğulayıb.
“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçmişdir. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış etməkdədir” - deyə, o, vurğulayıb.
Daha sonra çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis olunmasını əlamətdar hadisə kimi səciyyələndirib. YAP İcra katibinin müavini Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 21 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqillik tariximizlə yanaşı, addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası yaranma zərurəti, inkişaf tarixi, partiyaya rəhbərlik edən şəxslər və partiyanın tərkibi baxımından cəmiyyətimizdə fəaliyyət göstərən digər partiyalardan müsbət mənada fərqlənib.
YAP-ın İcra katibinin müavini müstəqillik illərində Azərbaycanda bütün sahələrin inkişaf etdiyini, o cümlədən, həm neft, həm də qeyri-neft sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. S.Novruzov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək partiya üzvlərinin sayının 600 mini ötdüyünü qeyd edib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının V Qurultayı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd kimi irəli sürüb və hazırda V Qurultayın bu qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlu fəaliyyət davam edir.
“Tərəddüdsüz qeyd etmək olar ki, cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində Azərbaycan seçicilərinin böyük əksəriyyəti seçki məntəqələrinə gələrək Prezident İlham Əliyevə səs verəcəklər. Beləliklə, YAP-ın Sədri, ölkə başçısı İlham Əliyev növbəti beş ildə də Prezident kimi fəaliyyətini davam etdirəcək” - deyə, YAP İcra katibinin müavini əlavə edib.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dinamik inkişaf tempinə malik olan və möhkəm ictimai-siyasi sabitliyin təmin olunduğu ölkələr sırasında yer aldığını deyən S.Novruzov vurğulayıb ki, bu gün ölkəmiz beynəlxalq aləmdə söz sahibi və nüfuzlu dövlət kimi çıxış edir.
Sonra açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət İdarə Heyəti üzvləri seçilib. Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri vəzifəsinə Manaf Malik oğlu Manafovun namizədliyi irəli sürülüb. Konfrans nümayəndələrindən “Abşeronneft” NQÇİ-nin şöbə rəisi Şamil Kazımov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov və başqaları çıxış edərək M.Manafovun namizədliyini dəstəkləyiblər. Açıq səsvermə yolu ilə M.Manafov yekdilliklə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsinə seçilib.
Millət vəkili Rauf Əliyevin, YAP İdarə Heyətinin üzvü Kərim Kərimovun çıxışlarında partiyanın yaranma tarixindən və xalqımız qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs olunub.
Göstərilən yüksək etimada görə konfrans nümayəndələrinə dərin minnətdarlığını bildirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov partiyanın rayon təşkilatının çoxsaylı üzvləri adından təsis konfransının iştirakçılarını bir daha əmin edib ki, 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəklər, Pirallahıda həyata keçirilən abadlıq və quruculuq işlərində fəal surətdə iştirak edəcəklər.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

