Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları
17.03.2025 [22:26]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində çıxışı və “Euronews” telekanalına verdiyi müsahibə bu mötəbər tədbirin parlaq məqamlarından biri oldu. Dünya getdikcə daha çox geosiyasi qeyri-sabitlik burulğanına qərq olduğu bir vaxtda cənab Prezident İlham Əliyevin sözləri sağlam düşüncə və məsuliyyətin səsi kimi səsləndi. O, təkcə mövcud çağırışları səsləndirmədi – həm də onların aradan qaldırılması yollarını göstərdi, dialoqun, kompromisin və müdrik liderliyin əhəmiyyətini vurğuladı. Dövlət başçısının vurğuladığı məsələlər, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və qətiyyətli mövqeyini, milli maraqlarını qorumaq üçün həyata keçirdiyi düşünülmüş siyasəti bir daha təsdiqləyir.
Forum çərçivəsində cənab Prezident İlham Əliyev "Euronews" televiziyasına verdiyi müsahibəsində dünya və regional gündəmə də toxunmaqla yanaşı həm də Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışan qüvvələrə mühüm mesajlar ünvanladı.Dövlət başçısı müsahibəsində forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdi.Cənab Prezidentin də müsahibəsində qeyd etdiyi kimi, hazırda bölgədə nisbətən sakit bir dövr yaşanır və bu fürsət dəyərləndirilməlidir. Əsas məqsəd, yeni hərbi qarşıdurmaların qarşısını alacaq əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Müstəqillik əldə etməzdən əvvəl Cənubi Qafqaz respublikaları arasında müəyyən təmaslar var idi və bu təcrübədən yararlanaraq gələcəkdə qonşuluq prinsiplərinə əsaslanan birgə inkişaf strategiyası qurmaq mümkündür".Dövlət başçısının çıxışından aydın görünür ki, Azərbaycan artıq illər öncə olduğu kimi beynəlxalq təşkilatların passiv və bəzən ədalətsiz qərarlarını gözləyən bir ölkə deyil. Əksinə, Prezident bir daha bəyan etdi ki, ölkə öz gücünə və milli maraqlarına əsaslanaraq, regional və beynəlxalq məsələlərdə fəal oyunçuya çevrilib. Müsahibədə qeyd olunan “beynəlxalq hüququn selektiv tətbiqi” fikri son dərəcə mühüm və sərt bir mesaj idi. Bu yanaşma, Azərbaycanın beynəlxalq hüququn bəzi ölkələr üçün işləyib, digərləri üçün sadəcə kağız üzərində qalmasından narahat olduğunu göstərir.Azərbaycan regionda sabitliyin qorunması və əməkdaşlıq imkanlarının yaradılması üçün fəal rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün əsas platformalardan biridir. Azərbaycan regional iqtisadi layihələrə açıq şəkildə dəstək verir, nəqliyyat və enerji dəhlizlərinin açılması üçün təşəbbüslər irəli sürür. Zəngəzur dəhlizinin reallaşması bu baxımdan strateji əhəmiyyət kəsb edir və regionun təhlükəsizliyi ilə yanaşı, iqtisadi inkişafına da mühüm töhfə verə bilər. Dövlət başçısının açıqlaması beynəlxalq münasibətlərin reallıqlarını və müasir geosiyasi dinamikaları dəqiq təsvir edir. Münaqişələrin həlli və uzunmüddətli sabitliyin təmin edilməsi məsələsində hədsiz nikbinlik əvəzinə realist yanaşmanın zəruriliyi vurğulanır. Tarixi təcrübə göstərir ki, müharibələrin formal olaraq dayandırılması sülhün tam bərqərar olması anlamına gəlmir. Sülhün dayanıqlı olması üçün əsas şərtlərdən biri hərtərəfli və hüquqi əsaslara söykənən sülh sazişinin imzalanmasıdır. Beynəlxalq təşkilatların zəifliyi və bəzi hallarda iflic vəziyyətində olması da müasir dövrdə ölkələrin ikitərəfli münasibətlərə daha çox üstünlük verməsinə səbəb olub. Azərbaycanın xarici siyasətində bu yanaşmanın aydın şəkildə öz əksini tapması Prezidentin düşünülmüş və praqmatik diplomatiyasının göstəricisidir.Dövlət başçısı müsahibədə beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli olmadığını da qeyd etdi. Dövlət başçısının müsahibədə səsləndirdiyi və dünyada cəryan edən geosiyas, geoiqtisadi proseslərə baxışını əks etdirən cümlələrdən aydın olur ki, Azərbaycan kimi hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq olmaz, bu hər bir ölkə üçün risklidir. Azərbaycan hər zaman öz gücünə güvənən ölkə olub. Müsqətillik illərində Azərbaycan beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı. Problemlərin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadıq. Ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Amma milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. Təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir.
Prezident İlham Əliyevin “Euronews” kanalına verdiyi son müsahibə həm region, həm də beynəlxalq aləm üçün bir sıra önəmli mesajlarla yadda qaldı. Bu müsahibə təkcə ölkənin siyasi kursunu izah etməklə kifayətlənməyib, həm də Azərbaycanın yeni dünya düzənində tutduğu mövqeyi, özünəinamını və qlobal tendensiyalara qarşı sərgilədiyi müstəqil yanaşmanı ortaya qoydu.Müsahibədən çıxarılan əsas qənaət ondan ibarətdir ki, Azərbaycan mövcud qeyri-müəyyən və dəyişkən beynəlxalq sistemdə özünəməxsus yol seçib. Bu yol – daxili gücə, milli maraqlara və tarixi ədalətə söykənən bir siyasətdir. Dövlət başçısının Forum barədə dedikləri isə Azərbaycanın yalnız regionda deyil, beynəlxalq səviyyədə də ideya və təşəbbüslərlə çıxış edən ölkə kimi mövqeyini gücləndirdiyini sübut edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

