/ / Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi
Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi
17.03.2025 [16:56]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Ölkəmiz növbəti dəfə daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Azərbaycan yenə də öz təşəbbüsləri sayəsində dünyanın siyasi xəritəsində mötəbər qlobal siyasi platforma statusunda idi. Biz beynəlxalq təşkilatlara tədbirlərin keçirilməsi üçün sadəcə məkanı təqdim etmirik, Azərbaycan artıq özü söz sahibi olaraq qlobal siyasi xəritənin nüfuzlu ünvanlarından birinə çevrilib. Unutmayaq ki, bu cür status rahatlıqla əldə edilmir və bəzi ölkələr tərəfindən rahat “həzm” də olunmur. Müşahidə etdiyimiz və canlı iştirakçısı olduğumuz bir çox proseslər əhalinin ictimai təfəkkürünə aydın məzmunda həkk olunmalıdır. Əhalinin ictimai təfəkkürünün məzmunu ilə əlaqədar görülən bütün işlər isə dövlətin ideoloji fəaliyyətinin mühüm sahələrindən biridir.
Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. “Biz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər”, - deyən dövlətimizin başçısı bunun Azərbaycanda böyük məyusluq yaratdığını xatırladığını söyləyib. Prezidentin xarici auditoriyaya ünvanlanmış mesajlarında bu gün beynəlxalq münasibətlər sistemində müşahidə edilən əsas “zəif nöqtələr” də qeyd olunurdu. Ehtimal edə bilərik ki, bu cür fikirlərin səsləndirilməsi bir çox dövlət başçısının “ürəyindən keçir”, sadəcə, onlar bunu etmək üçün lazımi siyasi iradə və potensiala malik deyillər. Bu mənada, Azərbaycan təkcə regional deyil, qlobal tendensiyaları və mühüm beynəlxalq impulsları yaratmaq iqtidarında olan dövlətdir. Bəli, məhz elə buna görə də böyük ehtimalla Prezidentin fikirlərinə müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlər zamanı hələ çox istinadlar olacaq.
Burada milli ideologiya kontekstində Prezident İlham Əliyevin xüsusi əhəmiyyətə malik olan bəzi mesajlarına qısaca toxunmaq istərdik. Bəli, milli ideologiya məqalə deyil və heç kitab da deyil, ideologiyanı bir yazıya sıxışdırmaq mümkünsüzdür. Milli ideologiya prosesdir, məzmun və mahiyyətdir, düşüncə paradiqması, habelə yaşam tərzidir. O, ictimai-iqtisadi münasibətlərin bütün sahələrinin strateji prioritetlərini müəyyən edən fundamental məfhumdur. Odur ki, milli ideologiya dövlətin və xalqın öz gələcəyi ilə bağlı olan həyati əhəmiyyətli strateji seçimidir. Öz tarixi Qələbəsi sayəsində regionda yeni reallığın müəllifi olan Azərbaycan, eyni zamanda, regionun aparıcı qüvvəsidir. Yeni milli ideologiyada qeyd edilən amillər, xüsusən də “qələbə” məfhumu mütləq şəkildə təsbit olunmalıdır. “Qalib xalq” düşüncəsi milli ideologiyamıza rəng qatan əsas amillərdəndir. Qələbəmizi bütün mənalarda unutmamalıyıq və unutdurmamalıyıq. Bayden administrasiyasının siyasəti təkcə enerji sektorunda deyil, hərbi müstəvidə də balanssız yanaşma ilə seçildi. ABŞ Ermənistana hərbi və iqtisadi yardımlarını artıraraq regionda destruktiv qüvvələrin mövqelərini gücləndirdi. 2023-cü ilin oktyabrında Ermənistanla keçirilən birgə hərbi təlimlər isə Vaşinqtonun bölgədə geostrateji oyunçu kimi öz statusunu qorumaq cəhdlərinin təzahürü oldu. Bu, regional təhlükəsizlik arxitekturasına mənfi təsir göstərməklə yanaşı, ABŞ-ın tərəfsiz vasitəçi imicinə də ciddi zərbə vurdu. Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumunda çıxışı zamanı eks-dövlət katibinin ikitərəfli münasibətləri zədələməsindən bəhs etdi: Biz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər". Bütün bu geosiyasi disbalanslara baxmayaraq, Azərbaycan ABŞ Dövlət Departamentinin təzyiqlərinə qarşı müqavimət göstərdi və iki ölkə arasında münasibətlərin tamamilə iflasa uğramasının qarşısını aldı. Bu baxımdan, post-Bayden dövründə ABŞ-ın yeni administrasiyasının regional siyasətdə daha praqmatik və realpolitik yanaşma sərgiləməsi zəruridir.
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

