/ / Nərimanov rayonunda şəhid ailələrinin iştirakı ilə “8 mart Beynəlxalq Qadınlar Günü” qeyd olunub
Nərimanov rayonunda şəhid ailələrinin iştirakı ilə “8 mart Beynəlxalq Qadınlar Günü” qeyd olunub
07.03.2025 [16:55]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş şəhid anaları, həyat yoldaşları və qız övladlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev şəhid analarını, həyat yoldaşlarını və onların qız övladlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. E. Quliyev bildirib ki, Azərbaycan qadınının ən böyük xidməti vətən qarşısında vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən övlad bəxş etməkdir. Bu baxımdan Azərbaycan qadınının dünyaya nümunə olduğunu, həmçinin, onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan təşkilat sədri qeyd edib ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 2020-ci ildə 44 gündə və 2023-cü ildə isə son antiterror əməliyyatı zamanı azad etməyə nail oldular. Elçin Quliyev torpaqlarımızın müdafiəsi, Azərbaycanın bütövlüyünün təmin olunması zamanı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək qəhrəmanlıq səlnaməsi yaradan igidlər yetişdirdiyinə görə xalqımızın bütün şəhid analarına minnətdar olduğunu vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları, həyat yoldaşları və qız övladlarına xüsusi bayram hədiyyələri təqdim olunub.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasının rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

