/ / Siyəzənlilər prezident seçkilərində yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
Siyəzənlilər prezident seçkilərində yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
25.06.2013 [01:48]
İyunun 22-də Siyəzən şəhər Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə partiyanın Siyəzən rayon təşkilatı fəallarının görüşü olub.
Tədbirdə YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, rayon təşkilatının fəalları iştirak ediblər.
AzərTAc xəbər verir ki, tədbirdə gündən-günə nüfuzu artmaqda olan Yeni Azərbaycan Partiyasının bu gün nəinki respublikamızda, eləcə də bütün regionda ən güclü siyasi qüvvəyə çevrildiyi, sıralarının ildən-ilə genişlənərək üzvlərinin sayının artıq 600 mini keçdiyi bildirilib. Diqqətə çatdırılıb ki, YAP-ın İcra katibliyi vaxtaşırı olaraq yerlərdə olur, partiya üzvləri və fəallarla görüşür, tövsiyələrini verir. Bu gün rayonda təşkil olunan görüş də məhz belə tədbirlərdəndir.
Bildirilib ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb dövründə dövlətçiliyimizi xilas etmək və müstəqilliyimizi qorumaq çağırışı ilə yaradılan YAP ötən 20 ildən artıq müddətdə öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və ölkəmizin ictimai-siyasi həyatında ən mühüm qüvvəyə çevrilib.
Qeyd olunub ki, bütün bu proseslərdə partiyanın 3000 nəfərdən çox üzvü olan Siyəzən rayon təşkilatı da səmərəli fəaliyyət göstərib.
Görüşdə 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində mümkün olub. Bu səbəbdən də dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənir.
Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan Əli Əhmədov bildirib ki, ölkəmizin inkişafı, müasirləşməsi YAP-ın və bu partiyanın sıralarında cəmləşən Azərbaycanın 600 mindən artıq fəal vətəndaşının əməyinin, fədakarlığının bilavasitə nəticəsidir.
Tədbirdə çıxış edən təşkilat üzvləri qeyd ediblər ki, YAP 20 illik fəaliyyətində partiyanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutub, bununla da daim xalqın rəğbət və etimadını qazanıb.
Çıxış edənlər siyəzənlilərin Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini, dövlətimizin başçısının bütün sahələrdə apardığı siyasəti dəstəklədiklərini bildiriblər. Məhz bunun təzahürü olaraq bu il keçiriləcək prezident seçkilərində də siyəzənlilər yekdilliklə dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07

