Sarsılmaz dostluq və qardaşlıq
28.02.2025 [17:24]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.” Bu sözləri fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatlarla çıxışı zamanı dövlət başçımız söyləyib.
Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri hər iki dövlət arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Uğurlu keçən səfər çərçivəsində ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr, Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatlarla çıxışları iki qardaş ölkənin birlryinin, həmrəyliyinin növbəti dəfə nümayişi oldu.
Ən yüksək dövrünü yaşayan müstəqil Azərbaycanın Pakistan İslam Respublikası ilə əlaqələrinin dərin tarixi kökləri var. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Xoş gündə də, çətin gündə də bir-birinə dəstək olan Pakistan və Azərbaycan xalqlarının dostluğu, hər iki qardaş ölkənin hərbi və siyasi sahələrdə sıx əməkdaşlığı, həmrəyliyi dünyaya nümunədir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə görə Pakistanla diplomatik münasibətlər qurmaması əsl qardaşlıq nümunəsidir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dönəmdə də Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən olan Pakistan İslam Respublikası dost və qardaş Türkiyədən sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub.
Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, 2017-ci il fevralın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri, elcə də ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri ikitərəfli əlaqələrdə yeni səhifələr açdı.
Mətbuata verilən Bəyanatında Prezident cənab İlham Əliyevin “Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq” fikirləri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsində olduğunu təsdiq edir.
Bu gün də Pakistanla Azərbaycan arasında iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Hər iki qardaş ölkənin prezidentlərinin imzaladığı anlaşma memorandumları və sazişlər gələcəkdə çox yaxşı dividendlərə şərait yaradacaq. Mətbuta verdiyi bəyanatda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib ki, SOCAR və pakistanlı həmkarları sıxılmış maye qaz razılaşmasını əlavə 2 il müddətinə uzatdılar. Ticarət şirkəti yaradılıb və əlbəttə ki, bu gün bir çox başqa əlamətdar anlaşma memorandumları və sazişlər imzalandı. Mən Sizin müstəsna dəstəyinizə görə minnətdaram. Sizinlə tamamilə razıyam ki, Pakistan ilə Azərbaycan arasında strateji müdafiə sahəsində gözəl əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb. Bizim müdafiə sahəsində birgə istehsal potensialımız olmalıdır. Bu, hər iki tərəfin öhdəliyinə düşür və aprel ayında Azərbaycan nümayəndə heyəti Pakistana səfər edəndə bu məsələ nümayəndə heyətinin gündəliyində başlıca prioritet təşkil edəcək. Biz bununla əlaqədar ciddi və səmimi müzakirələr və danışıqlar aparmağa hazır olacağıq.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsini iki ölkənin sarsılmaz dostluğundan və qardaşlığından xəbər verir.
Xəbər lenti
Hamısına baxSosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39

