Qaradağ rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27.02.2025 [10:12]
2025-cü il fevralın 26-da Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı - bəşər tarixinin ən qanlı cinayətlərindən biri" mövzusunda masa keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan xalqının torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsini daim əziz tutduğunu, onları ehtiramla yad etdiyini bildirib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib və artıq dünyanın 20-dən çox ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını qətiyyətlə pisləyən qətnamələr qəbul edilib. Heydər Əliyev Fondu tərəfindən aparılan uğurlu "Xocalıya Ədalət" kampaniyası nəticəsində artıq dünya ictimaiyyəti Xoçalı söyqırımının mahiyyətini anlayır və Azərbaycan xalqının dərdinə şərik çıxır. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin dünyanın bəzi ölkələrində Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. YAP rayon təşkilatının sədri vurğulayıb ki, bu, ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramın bariz nümunəsidir. Qanlı faciədən 28 il sonra, 2020-ci ilin sentyabrında başalayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində şəhidlərimizin qisasının alındığını xatırladan Qafar Əliyev Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinlərinin Böyük Qayıdış Proqramına uyğun olaraq artıq doğma torpaqlara qayıdışının başlandığını bildirib. YAP rayon təşkilatının sədri Prezident İlham Əliyevin cari il fevarın 19-da Xocalıda yerli sakinlərlə görüşdə bu məqamı xüsusi vurğuladığını qeyd edib. O bildirib ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməməli və gələcək nəsillər bu barədə daim məlumatlandırılmalıdırlar.
Dəyirmi masada digər çıxış edənlər: Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, QMƏVŞAİB Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov, Ələt körpələr evi - uşaq bağçasının müəllimi, ABŞ Psixoloqlar Assosiasiyasını üzvü Rəna Haqverdiyeva, “Qarabağ Qaziləri” İctimai Birliyinnin Qaradağ rayon filialının sədr müavini Qafqaz Əhmədov, Qaradağ Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sevil Bədəlova, Lökbatan bələdiyyəsinin üzvü Misir Mahmudov, 233 saylı tap orta məktəbin direktor müavini Eşqəli Məmmədov, 6 saylı Uşaq Somatik Sanatoriyasının tərbiyəçisi Türkanə Əliyeva və başqaları bildiriblər ki, Xocalıda həlak olan qəhrəmanların və şəhər sakinlərinin ruhu bu gün şaddır. Çünki 30 ildən çox düşmən tapdağı altında qalan həmin torpaqlar artıq azaddır və öz həqiqi sahiblərinə qovuşub. "Dəmir yumruq" artıq bütün dünyada Azərbaycan xalqının birlik və həmrəylik rəmzi kimi qəbul olunur və torpaqlarımızın azad edilməsi xalqımızın əsil qürur və fəxarət mənbəyinə çevrilib.
Sonda xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55

