Dostluq və qardaşlıq əlaqələri dərin tarixi köklərə əsaslanır
26.02.2025 [18:45]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatın sədri
Azərbaycanın yürütdüyü düşünülmüş və milli maraqlara söykənən xarici siyasət kursu dostluq və əməkdaşlığı əsas hədəf kimi müəyyənləşdirir. Həyata keçirilən bu xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir. Uğurla yürüdülən ikitərəfli münasibətlər isə dinamikliyi, yüksək səviyyəsi və dialoq mühitində inkişaf etməsi ilə seçilir. Bu əlaqələr bəzi hallarda yaxın dostluğa və qardaşlığa belə transformasiya olunur - təbii ki, burada da qarşılıqlı hörmət, yardımlaşma kimi bəşəri dəyərlər özünü əks etdirir. Bu əlaqələrin inkişafında isə qarşılıqlı səfərlər xüsusi rol oynayır.
Azərbaycan ilə Pakistan arasındakı münasibətlər də yaxın dostluq və qardaşlıq münasibətlərinə, strateji əlaqələrə əsaslanır. Təsadüfi deyil ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə mühüm dialoq, əməkdaşlıq qurulub.Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb.
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirmişdi. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il fevral ayının 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanatla çıxışı zamanı qeyd edib ki, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və D-8 çərçivəsində iqtisadi əlaqələri daha da genişləndirmək niyyətindədir. Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq da strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müdafiə sənayesi, birgə hərbi təlimlər və texniki təcrübə mübadiləsi bu sahədə əsas fəaliyyət istiqamətləridir. Azərbaycanın Pakistan istehsalı olan JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsi bu əməkdaşlığın praktik nəticələrindən biridir. Hərbi sahədəki əlaqələr yalnız müdafiə qabiliyyətinin artırılmasına deyil, həm də regional sabitliyə töhfə verir. Pakistan hərbi texnologiyaları və kadr hazırlığı sahəsində Azərbaycana mühüm dəstək göstərir.
Azərbaycan ilə Pakistan arasında mədəni və humanitar sahədə də sıx əməkdaşlıq mövcuddur. Hər iki xalq ortaq İslam dəyərləri və tarixi bağlarla bir-birinə yaxındır. Təhsil sahəsində tələbə mübadiləsi, mədəniyyət günləri və birgə layihələr xalqlar arasında dostluğu daha da möhkəmləndirir. Heydər Əliyev Fondunun Pakistandakı humanitar layihələri, xüsusilə təhsil və səhiyyə sahələrində görülən işlər iki ölkənin humanitar sahədəki qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Fond tərəfindən məktəb tikintiləri, su təchizatı sistemlərinin qurulması və tibbi yardım aksiyaları Pakistan xalqı tərəfindən yüksək qiymətləndirilir. İqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni ticarət marşrutlarının açılması və sərmayə qoyuluşunun təşviqi, eləcə də hərbi tərəfdaşlığın gücləndirilməsi, xüsusilə müdafiə texnologiyaları sahəsində yeni layihələrin həyata keçirilməsi mühüm hədəflərdir.
Azərbaycan-Pakistan münasibətlərinin gələcəkdə daha da dirçələcək. İqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni ticarət marşrutlarının açılması və sərmayə qoyuluşunun təşviqi, eləcə də hərbi tərəfdaşlığın gücləndirilməsi, xüsusilə müdafiə texnologiyaları sahəsində yeni layihələrin həyata keçirilməsi mühüm hədəflərdir. Eyni zamanda, mədəni əlaqələrin möhkəmləndirilməsi, təhsil və mədəniyyət sahələrində birgə proqramların artırılması, turizm imkanlarının inkişafı və vizanın sadələşdirilməsi yolu ilə qarşılıqlı turizm axınının gücləndirilməsi də prioritetlər sırasındadır. Bu istiqamətdə atılan addımlar iki ölkənin regional və beynəlxalq arenada mövqeyini daha da gücləndirəcək, xalqlar arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirəcəkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25

