Azərbaycan-Çin əlaqələri yüksələn xətlə inkişaf edir
14.02.2025 [17:34]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələr mühüm yer tutur. Müasir dövrdə Çin qlobal güc mərkəzi kimi özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünyanın mühüm siyasi aktorudur. Ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyətinə də məhz bu müstəvidən yanaşmaq daha doğru olardı: müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırki dövrün siyasi-iqtisadi aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyir. Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular: “Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.
Ümumiyyətlə, Azərbaycan ilə Çin arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənməkdədir. Üst-üstə düşən maraqlar, uzalaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur.
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməyə nəzər saldıqda, sənədin iki ölkə arasındakı münasibətlər sisteminin bütün sferasını əhatə etməsi diqqəti cəlb edir. Burada siyasi - iqtisadi bloklar, ikitərəfli münasibətlərin möhkəmlənməsi, beynəlxalq münasibətlər sisteminə baxış, qlobal proseslərdə əməkdaşlıq, maraqların uzlaşdırılması, qarşılıqlı şəkildə dövlət mənafeyinin qorunması və ən əsası təhlükəsizlik kimi strateji məqamlar yer almaqdadır. Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması bizə həm siyasi, həm də iqtisadi üstünlüklər vəd edir. Dövlət başçısı öz müsahibəsində bildirib ki, biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq: “Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.
Öz növbəsində, Çin Xalq Respublikası da Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Üst-üstə düşən maraqlar, uzalaşan mövqelər, yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri bütün sahələr üzrə danışıqların və razılaşmaların dinamik xarakter almasını şərtləndirir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Çin əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək!
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09

