YAP Daşkəsən rayon təşkilatının VIII konfransı keçirilib
17.05.2013 [13:32]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının VIII konfransı öz işinə başlayıb. Konfransı giriş nitqi ilə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq nümayəndələri və qonaqları salamlayıb, Yeni Azərbaycan Partiyasının 21 il ərzində gördüyü işlərdən, xalqın böyük etimad və hörmətini qazanmasından, keçdiyi şərəfli yoldan danışıb. O, hesabat məruzəsində qeyd edib ki, Yeni Azərbaycan Partiyası dövrün və zamanın tələblərindən yaranıb. Hər birimiz canlı şahid olaraq ölkəmizin müstəqillik qazandıqdan sonra düşdüyü çətinlikləri, problemləri, daxili və xarici düşmənlərin əhatəsində ölüm, ya qalım anlarını yaxşı xatırlayırıq.
Belə bir gərgin anda Ulu öndər Heydər Əliyev talenin göndərdiyi xilaskar kimi, xalqımızın təkidli tələbi ilə Azərbaycana gəlib. Bu gəlişi ilə Ulu öndərimiz apardığı müdrik daxili və xarici siyasət nəticəsində indiki xoş gün-güzəranımız üçün etibarlı bir bünövrə hazırlayıb. Torpağını, xalqını sevən hər kəs indi yaxşı görür ki, Ümummilli lider Heydər Əliyev siyasəti Azərbaycanda bu günümüzə və gələcəyə hesablanıb.
Daha sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, indi Daşkəsəndə YAP üzvlərinin sayı 4028 nəfərdir. Həmin üzvlərin əksəriyyətini gənclər təşkil edir. Gənclər könüllü surətdə Ulu öndər Heydər Əliyevin yaratdığı partiyaya böyük həvəslə, sevinclə üzv olurlar.
“Daşkəsən rayonunda sıravi kəndli, əkinçi belə bu siyasəti dəstəkləyir, sevir, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Prezident İlham Əliyevə səs verəcəklərini ürəklərinin hökmü ilə bəri başdan açıq ifadə edirlər. Bax, bu, Daşkəsən rayonunda Prezidentimizə olan ümumxalq sevgisinin, məhəbbətinin bariz nümunəsidir”, - deyə M.Yolçuyev qeyd edib.
O, bildirib ki, prezident seçkilərinə hazırlıqla bağlı YAP Daşkəsən rayon təşkilatı tərəfindən plana uyğun olaraq seçicilərin siyahısı dəqiqləşdirilib, məntəqələrdə səliqə-səhman işlərinin aparılmasına başlanıb, partiya fəallarının ideoloji cəhətdən hazırlanması üçün lazımi təlimati tədbirlər görülüb. Mərkəzi seçki qərargahının rayon şöbəsi formalaşdırılıb: “Biz YAP Daşkəsən rayon təşkilatı olaraq öz namizədimizi bütün varlığımızla müdafiə etməyə, Azərbaycanı uğurlardan-uğurlara aparan möhtərəm Prezidentimizə daim dəstək olmağa hazırıq”.
Məruzə ətrafında Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edib, Azərbaycanda Heydər Əliyev siyasətinin xalq tərəfindən böyük rəğbətlə qarşılandığını və bu işdə Yeni Azərbaycan Partiyasının yaratdığı təminatı dəfələrlə qeyd ediblər.
Sonra Yeni Azərbaycan Partiyasının V qurultayına Daşkəsən rayonundan 4 nəfər nümayəndə seçilib, YAP sıralarına qəbul olan gənclərə vəsiqələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 İyun 11:03
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40

