Ölkəmizlə, xalqımızla fəxr edə bilərik
13.01.2025 [17:32]
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməklə dünyaya ədalətin, beynəlxalq hüququn mövcudluğunu qəbul etdirən Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən Azərbaycan tarixi Zəfərimizin ilk günündən işğalçı dövlətə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev bu çağırışı səsləndirdi ki, Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq.
Artıq o vaxtdan 4 il keçir. Sülh müqaviləsinin imzalanması prosesi uzanır. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməklə yanaşı, bunu daim qarşı tərəfdən də tələb edir. Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan məqamları diqqətə çatdırdı. Hazırkı dövrdə Ermənistanın himayədarları tərəfindən silahlandırılması daha çox diqqətdədir, çoxsaylı sualların yaranmasına səbəb olur. Cənab İlham Əliyev bildirdi ki, Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar: “İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur”.
O da qeyd edildi ki, Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri özündən sülh göyərçini düzəltmək istəyir. Amma onun 2018-2019-cu illərdəki çıxışlarına baxaq. İndi heç kim xatırlatmaq istəmir. Hətta, onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir: “İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.
Cənab İlham Əliyev vurğuladı ki, Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi, bunlar sülh müqaviləsinin imzalanmasında əsas şərtlərdir. Sülh müqaviləsi ilə bağlı bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil: “Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür. Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Biz istəyirik ki, Cənubi Qafqazda sülh, əməkdaşlıq olsun”.
Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Bunu həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin möhkəmlənməsində, yeni əməkdaşlıq formatlarının yaradılmasında aydın görmək mümkündür. Təkcə ötən ildə qarşılıqlı səfərlərin dinamikasına, Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısının bir çox tədbirlərə fəxri qonaq qismində dəvət olunması da ölkəmizin nüfuzunun, cənab İlham Əliyevə etimadın göstəricisidir. Ötən il Azərbaycanın dünyanın ən mötəbər tədbirinə-COP29-a hazırlıq prosesi və yüksək səviyyədə ev sahibliyi ilə diqqətdə oldu. Bu tədbir Azərbaycanın növbəti uğur hekayəsidir.
Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, qalib ölkənin nümayəndəsi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir.
Təbii ki, qürurverici hadisələrdən biri də Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsi, Böyük Qayıdış Proqramının uğurla icra edilməsidir. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Sözügedən müsahibəsində azad edilmiş torpaqlara səfərlərinə diqqəti yönəldən cənab İlham Əliyev bildirdi ki, bu ərazilərdə bəlkə də 100 dəfədən çox olmuşam. Hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

