/ / Prezidentin müsahibəsində ifadə etdiyi fikirlər bir daha Azərbaycanın sülhə yönəlmiş siyasətini təsdiqlədi
Prezidentin müsahibəsində ifadə etdiyi fikirlər bir daha Azərbaycanın sülhə yönəlmiş siyasətini təsdiqlədi
20.12.2024 [11:31]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Prezident cənab İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da gücləndirilməsində çox önəmli rol oynayır. Bu müsahibələr vasitəsilə dövlət başçımız ölkənin siyasi, iqtisadi və mədəni strategiyasını geniş auditoriyalara çatdırır və həm də erməni dezinformasiyasına qarşı effektiv cavab verir. Birinci növbədə, Prezident İlham Əliyevin müsahibələri Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması üçün önəmlidir. Xüsusən, 44 günlük Vətən müharibəsi dövründə Prezidentin xarici mediaya verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə müharibənin real səbəblərini, tarixi faktları və Qarabağla bağlı həqiqətləri çox dolğun şəkildə izah etdi. Bu, həm Azərbaycanın haqq ədalət mübarizəsini beynəlxalq arenada legitimləşdirdi, həm də erməni təbliğatını ifşa etdi. Digər bir önəmli məqam, bu müsahibələrin ölkənin iqtisadi potensialı və strateji məqsədləri haqqında şəffaf məlumatları çatdırmasıdır. Prezident cənab İlham Əliyev müsahibələrində neft-qaz sektorunda qazandığımız nailiyyətlərə, qeyri-neft sektorunun inkişaf perspektivlərinə, eləcə də ölkənin nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyətli rolu üzərində dayanır. Bununla da, xarici investorları cəlb edir və ölkənin iqtisadi çəkisini artırır. Dövlət başçımız müsahibələrdə Azərbaycanın multikultural və tolerant dəyərlərini təbliğ edir, ölkənin bu istiqamətdə bölgə və dünya miqyasində oynadığı rolu vurğulayır. Bu da Azərbaycanın müsbət imicinin formalaşmasına kömək edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr, Azərbaycanın milli maraqlarının müdafiəsi, beynəlxalq aləmdə ədalətin bərpası və ölkənin müasir imicinin formalaşması baxımından olduqca vacibdir. Bu baxımdan Prezident cənab İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi də xüsusi əhəmiyyət kəsb edir. Bu müsahibə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqelərini, regional sülh təşəbbüslərini və qlobal enerji siyasətindəki rolunu önə çıxarmaq baxımından çox vacibdir. Bu müsahibə, Azərbaycanın müasir dünya siyasətindəki mövqeyini göstərməklə yanaşı, ölkənin strateji hədəfləri haqda ətraflı məlumat verir.
Dövlət başçımız müsahibəsində Cənubi Qafqazda davam edən geosiyasi proseslərə və Ermənistanla normallaşma prosesinə diqqət çəkdi. O, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda sülhün təmin olunması üçün sükut dövrü olduğunu vurğuladı. Prezident sülh müqaviləsinin imzalanmasını regionda davamlı sabitliyin təmin olunmasının əsas şərti kimi qiymətləndirdi. Müsahibədə xüsusilə Zəngəzur dəhlizinin reallaşmasının vacibliyi vurğulandı. Prezident Zəngəzur dəhlizini iqtisadi inteqrasiyanı təmin edəcək, eyni zamanda region üçün yeni nəqliyyat və ticarət imkanları yaradacaq strateji layihə kimi qiymətləndirdi. Dəhlizin açılmasının təxirə salınmaz bir məsələ olduğunu bildirdi və bunun regionda iqtisadi çoxtərəfli fayda yaradacağını vurğuladı.
Prezident cənab İlham Əliyev Azərbaycanın enerji strategiyasından geniş şəkildə bəhs etdi. O, Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasını və bu dəhlizin Avropanın enerji təhlukəsizliyində oynadığı rolu vurğuladı. Prezidentimiz qeyd etdi ki, enerji sahəsindəki tərəfdaşlıq beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Xüsusilə Qoşulmama Hərəkatındakı sədrlik missiyası, pandemiya dövründə irəli sürülən humanitar təşəbbüslər və beynəlxalq təşkilatlarla konstruktiv dialoq Azərbaycanın qlobal arenada önəmini göstərir. Dövlət başçımız bildirdi ki, Azərbaycan müstəqil xarici siyasətini davam etdirməklə beynəlxalq tərəfdaşlıqlara öz töhfəsini verir.
Prezident İlham Əliyevin “Rossiya Seqodnya” agentliyinə verdiyi müsahibə, Azərbaycanın sülhsevər siyasətini, beynəlxalq öhdəliklərə sadiqliyini və milli maraqlarını qoruya biləcək qətiyyətini bir daha nümayiş etdirdi. Bu müsahibə vasitəsilə, Prezidentimiz beynəlxalq ictimaiyyətə Azərbaycanın strateji prioritetlərini açıq və anlaşılan formada ifadə etdi. Azərbaycanın geosiyasi rolunu gücləndirən bu kimi çıxışlar ölkənin dünya arenasındakı mövqeyini daha da möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

