Xalqın partiyası
20.11.2024 [16:49]
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, nəinki Azərbaycanın, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 32 illiyini qeyd edir. 32 il zaman baxımımdan o qədər də böyük görünməsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngin dövrdür. Əbəs yerə deyilmir ki, uğurlu başlanğıc növbəti nailiyyətlərin əsasıdır. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyev həmin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” çavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurət olduğunu önə çəkərək “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə yeni yaradılacaq partiyanın gələcəyinə inamını ifadə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Ölkəmizdə gedən bütün proselərin mərkəzində dayanan YAP hər bir sahədə inkişafa dəstək olmağa səy göstərir. Keçirilən seçki poseslərinə daim yeni şüarlarla qatılan Yeni Azərbaycan Partiyası gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən-seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir. Vaxtilə “Yeni Azərbaycan uğrunda” deyən YAP bu gün “Qalib xalqın qalib Lideri”, “Yeni dövrə yeni Azərbaycanla” bildirir. Tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının da qarşısına mühüm vəzifələr qoydu. Bu reallıqlar əsasında 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi.
Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Partiya yeni tərkibini formalaşdırmaqla qəbul etdiyi yeni qərarlara və təsdiqlənən yeni Nizamnaməyə uyğun olaraq bu vəzifələrin uğurlu icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirir. 32 illik yol qət edən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri xalqın sevgisini və inamını qazanmasıdır. Bu sevgini şərtləndirən əsas amillər isə partiyanın tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, dövlətə və xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq daim irəliyə doğru addımlamasıdır. Tarixin sınaqlarından şərəflə çıxan, 32 ili zəngin uğurları ilə tariximizə yazan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Hədəflərə zamanında nail olmaq, qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmək üçün atılan davamlı addımlar və müsbət nəticələr gələcəyə daha böyük inamla baxmağa əsas verir. Müstəqilliyimizin xilalaskarı kimi adını tarixə qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən, Azərbaycanı qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi tanıdan qalib Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliği partiyanın hər bir üzvünün əsas vəzifələrindəndir. Yeni Azərbaycan Partiyası postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən yeni Proqramınıdan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək həm ölkəmizin, həm də partiyanın qarşısında açılan yeni imkanlara yeni əlavələr edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Azərbaycanın bugününü və gələcəyini necə görmək istəyirdisə, Prezident İlham Əliyev son 21 ildə həmin istəyi tamamilə reallığa çevirdi. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda ucaldıldı. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müasir müstəqil, qalib və bütövləşən Azərbaycan hər birimizin qürur mənbəyidir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

