Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

13.10.2026 [16:03]

Oktyabrın 12-də ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 7 fakt müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 2 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 30 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər də saxlanılıb.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31