Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib
15.11.2024 [17:29]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində düşmən ordusunu məhv edərək, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Şuşa şəhərinin azad olunması ilə müharibənin taleyini həll edildi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. 44 gün ərzində Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və qüdrətini göstərdi. Vətən müharibəsindən sonra müharibə nəticəsində Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə qənimət götürdüyü düşmənə məxsus hərbi texnika, silah və sursatların saxlanılması üçün Ölkə Başçısının tapşırığı ilə 2021-ci ildə Hərbi Qənimətlər Parkı yaradılıb. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi inşa edilib.
44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa Zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda parlaq Zəfərimizlə bağlı bir çox rəmzləri özündə əks etdirən yeni simvolumuzun, Zəfər parkının açılışında iştirak edib. Dövlətimizin başçısı burada üçrəngli Dövlət Bayrağımızı ucaldandan, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyandan sonra xalqımıza müraciət etdi. Prezident bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir: “Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, artıq ərazilərimizdə separatçılığın kökü kəsilib, kitabı bağlanıb. Yəni, artıq Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.
“Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik”, – deyən Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, iqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Ermənilərin Qarabağı, Şərqi Zəngəzuru viran qoymalarını diqqətə çatdıran dövlətimizin başçısı müharibədən sonra Ermənistanın, eləcə də onların Qərbdəki havadarlarının həyasızlığından da söz açıb. Bildirib ki, indi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: “Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. Bununla da onlar Ermənistanın vəhşiliklərini ört-basdır etməyə çalışırlar. Üstəlik, onlar, başqa sözlə desək, anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər. Bizim indi quruculuq işləri ilə məşğul olduğumuzu diqqətə çatdıran və bunun bizim üçün əsas məsələ olduğunu vurğulayan Prezident İlham Əliyev həmçinin müharibə istəmədiyimizi də bir daha açıq mətnlə bəyan etdi: “Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar. Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur”. Erməni xalqı və hazırkı Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bu sözlərinə, bu çağırışına yaxşı qulaq asacaqmı və düzgün nəticə çıxarıb konstruktiv mövqe tutacaqmı, bunu zaman göstərəcək. Ancaq önəmli məqam budur ki, Azərbaycan Prezidenti ermənilərin və Ermənistanın gerçək düşmənini onlara göstərdi. Ağılları varsa, ermənilər Azərbaycan liderinin bu çağrışını özləri üçün “yol xəritəsi”nə çevirməlidirlər.
Azərbaycan isə öz yoluyla – Zəfər yolu ilə irəliləməyinə davam edəcək. Dövlət başçısının bəyan etdiyi kimi, “biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir”.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42

