Zəfərimizi əks etdirən yeni simvolumuz - Zəfər parkımız
14.11.2024 [16:17]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Azərbaycan Zəfər bayramını qeyd edir, onun sevincini, qürurunu yaşayır. Ötən 4 ildə həmişə başı uca, dili uzun gəzdik. Bizə bu hissləri yaşadanları hörmət və ehtiramla xatırladıq. Bu bir ömür belə də olacaq. Bakıda Zəfər parkının açılması və cənab Prezidentin ailə üzvləri ilə birlikdə bu sevincə qoşulması, buradan xalqımıza müraciəti isə çox tarixi və önəmli bir hadisə kimi yaddaşlara yazıldı. Cənab Prezident müraciətində dedi ki, “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.
Dəqiq bir təhlil və qəhrəmanlıq bahasına əldə edilən Qələbənin ən incə məqamları var bu kəlmələrdə. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində hər zaman verdiyi vədə sadiq olub. Vətən müharibəsindən əvvəl ictimaiyyət nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızın nəyin bahasına olursa-olsun azad ediləcəyini, Qarabağın qaytarılacağını, ərazi bütövlüyümüzün bərpa olunacağını, şəhidlərimizin qisasının alınacağını bildirib. Dövlətimizin başçısında bu əminlik təsadüfi deyildi. Çünki bu məsələdə haqq-ədalət bizim tərəfimizdə idi. Düşmən ötən əsrin 90-cı illərində Azərbaycanda yaşanan xaos və hakimiyyətsizlikdən istifadə edib əzəli-əbədi ərazilərimizi ələ keçirmişdi. Düzdür, bütün dünya Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması vurğulansa da, Ermənistan işğalçı əməllərindən əl çəkmirdi, ordusunu torpaqlarımızdan geri çəkmirdi, bu azmış kimi daim təxribatlar törədirdi. Tapdaq altında saxladığı ərazilərimizdə qanunsuz məskunlaşma aparırdı. Halbuki, bu, hərbi cinayət idi. Cənab Prezidentin dediyi kimi “İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televiziyalarında hansı reportajlar gedirdi. Xaricdən - Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik buraya. Bura Ermənistan torpağıdır. Biz burada yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara bizdən başqa söz deyən yox idi. Minsk qrupu onlara bir söz demirdi.
Qanunsuz məskunlaşma tək Şuşada getmirdi, Cəbrayılda da gedirdi, Zəngilanda da gedirdi, Kəlbəcərdə də, Laçında da. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orda heç nə yox idi, hər şeyi dağıdıblar, bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər. Amma qalan yerlərdə - Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Düzdür, az gedirdi, çünki onların insan resursları yox idi, amma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır”. Təbii ki, bütün bu vəhşiliyin, cinayətin bir sonu olmalı idi. İşğalçının qəsbkarlığını sülh yolu, danışıqlar vasitəsi ilə aradan qaldırmaq mümkün deyildi. Xalqımızın səbr kasası daşmışdı. Buna görə də düşmən olkənin silahlı qüvvələrinin ötən il sentyabrın 27-də Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra ordumuz beynəlxalq hüquqa əsaslanaraq, haqq-ədalətə güvənərək ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı yağılardan xilas etməyə başladı. Şübhəsiz ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, Ordu–Xalq–Prezident birliyi qısa müddətdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi. Bu gün biz qalib xalqıq, Zəfər sevincini yaşayan millətik. Zəfər parkının yaradılması da elə bu qələbəmizin tarixiləşdirilməsi qədər qiymətlidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

