Ağcabədidə Zəfər və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib
07.11.2024 [15:32]
Noyabr ayının 6-da YAP Ağcabədi rayon təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və “Şəhidlər Xiyabanı”nı ziyarət edib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məruzə edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov xalqımız üçün əlamətdar olan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, döyüşlərdə Vətənə, torpağımıza, müstəqil Azərbaycana, millətimizin bu gününə və gələcəyinə sədaqət göstərmiş hər bir vətəndaşımıza minnətdarlığımı bildirir, şəhidlik zirvəsinə yüksələn, canından keçən qəhrəmanlarımızı dərin ehtiramla anıram.
R.Əhmədov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazanılmış və Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. Bu müharibə nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilib.
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur.
Sevindiricidir ki, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq uzun illərdir qəlbimizdə yaşatdığımız “Bayrağımız Qarabağda dalğalansın” arzumuzu da gerçəkləşdirdik.
Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
Tədbirdə SHXÇ üzrə Dövlət Xidmətinin Ağcabədi şöbəsinin məsul əməkdaşı Rüstəm Xudiyev, Ağcabədi şəhər 3 saylı uşaq bağçasının müdiri, şəhidin həyat yoldaşı Samirə Xudiyeva, 8 saylı Ərazi Partiya Təşkilatının sədri Anar Qasımov, Heydər Əliyev mərkəzinin direktor əvəzi, Vətən Müharibəsi qazisi Ruhin Hüseynov çıxış edərək əlamətdar günlərlə bağlı duyğularını və təbriklərini ifadə etmişlər.
Tədbirdə Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəhid ailəsinin üzvü, qazi və hərbçi Fəxri Fərmanla təltif edilib.
Sonda Ağcabədi şəhər 2 saylı və 5 saylı Körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında şeirlər ifa edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatıb.
Tədbirin sonunda şəhid ailələrinin, qazi və hərbçilərin iştirakı ilə xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

