Ölkəmizin dilbər guşəsi Qubadlıda həyat yenidən öz axarına qayıdır
25.10.2024 [18:03]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2020-ci il oktyabrın 25-i Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifələrdən biridir. Tariximizin ən acı səhifələrindən biri olan 1993-cü il avqustun 31-də azğın düşmən tərəfindən işğal olunan Qubadlı 44 gün davam edən Vətən müharibəsində Zəngilandan sonra erməni vandallarından təmizləndi. 27 illik işğal müddətində ölkəmizin dilbər guşəsi böyük dağıntıya, barbarlığa,vandalizmə məruz qaldı. Mənfur düşmən Qubablı rayonu ərazisində bütün sosial infrastruktur dağıtdı, kommunikasiya xəttlərini məhv etdi, daşıyıb apara bildikləri sərvətlərimizi ölkədən çıxardılar. Düşmənin göz tikdiyi Hacılı kəndində mişar daşı yatağına, Bərgüşad çayının sol sahilində yəşəm yatağına, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqlarına, Mollabürhan kəndinin cənubunda tuf daş yatağına, Xanlıq kəndində qum-gil yatağına, Eyvazlı kəndində əqiq yatağına küllü miqdarda ziyan vuruldu. Erməni vandallarının törətdikləri ekoloji terror aktlarının dünyada bənzərinə rast gəlinmədi.
44 Günlük Vətən Müharibəsində Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Qubadlı sakinlərinin yurd həsrətinə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlıya səfərləri yaddaşlara əbədi həkk olundu. Qubadlı rayonunun azad edilməsinin strateji əhəmiyyətini xüsusi olaraq vurğulayan Prezident cənab İlham Əliyev deyirdi: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi”. 2020-ci ilin dekabrın 23-də Müzəffər Ali Baş Komandan Qubadlıda Azərbaycanın üçrəngli bayrağını ucaldıltdı.
Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir.
İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz kimi “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında qurulan, yeni inkişaf dövrünü yaşayan Qubadlı şəhəri də dünyanın diqqətindədir. Qalib Azərbaycan dövləti düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz kimi Qubadlı da sürətlə dirçəldilir, cənnətə çevrilir. El-obasından köçkün düşmüş qubadlılar doğma ocaqlarının işığını yandırırlar, düşmənin viran qoyduğu yurd yerlərinin abadlaşdırılmasının şahidi olurlar. Məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün dövlətimizin Başçısı cənab İlham Əliyevin göstərişi ilə ən yaxşı şərait yaradılır.
25 oktyabr tarixində doğma yurdlarına, ata-baba ocaqlarına qayıdan qubadlılar qürurla, fəxrlə, doğma ocaqlarında “Qubadlı Şəhəri Günü”ni qeyd edirlər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

