YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib
17.10.2024 [17:34]
17 oktyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 20 oktyabr “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Ordumuzun gücündən, aparılan döyüşlərdən, qazanılan uğurlardan və tarixi zəfərimizdən bəhs edən kitab sərgisinə baxılıb.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli qeyd edib ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Şanlı Zəfər yürüşünün – Vətən müharibəsinin 24-cü günü - 20 oktyabr tarixi həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunub. Çünki həmin gün Zəngilan Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. 27 il davam etmiş işğala son qoyulan bu tarixi günü zəngilanlılar böyük fəxr və qürur hissi ilə xatırlayırlar.
Tədbirdə çıxış edən digər natiqlər – “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının fəal üzvləri Günay Qədiməliyeva və Qönçə Hüseynova bildiriblər ki, Gələcək nəsillər Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan Vətən müharibəsini həmişə qəhrəmanlıq salnaməsi kimi xatırlayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci il sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, o cümlədən Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza və qazilərimizə bir ömür boyu minnətdar olacağıq. Zəngilan rayonu Böyük Qayıdış Proqramı çərçivəsində aparılan işlər nəticəsində artıq sabitlik və inkişaf məkanına çevrilib. Bu gün isə zəngilanlılar öz yurdlarına qayıdır, həsrətində olduqları torpaqlarına qovuşurlar. Əsaslı şəkildə yenidən tikilən kəndlərinə, evlərinə köçürlər.
Sonda şagirdlərin ifasında Vətənə və şəhidlərə aid şeirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

