Ulu Öndərin fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın parlaq gələcəyi idi
01.10.2024 [15:59]
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – deyən Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında zəhməti əvəzsizdir. Azərbaycanın dahi oğlu Heydər Əliyevin zehni, ağlı, səmərəli fəaliyyəti sayəsində ölkəmiz dünyanın qabaqcıl ölkələri sırasında addımlayır. Məhz, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə edib. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.
Ulu Öndər Heydər Əliyevin tarixin çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi dövrlərində milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsi dahi şəxsiyyəti xalqın Ümummilli Liderinə çevrib. Heydər Əliyevin 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən respublikanın inkişaf prosesləri başlayıb. Ulu Öndər Heydər Əliyevin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verib. O dövrdə ermənilərin Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi nəticəsində həyata keçməyib. Hələ Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər Ermənistanın bütün iddalarının qarşısına sədd çəkib. Ulu Öndər Heydər Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti ermənilərin çirkin iddialarının baş qaldırmasına imkan verməyib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda da ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub. O illər Heydər Əliyevin Vətən naminə mübarizə yolu xüsusi əhəmiyyətə malikdir. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının qurtuluş mübarizəsi başlandı. Müdrik dövlət xadimi ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub. Azərbaycanı bütün dünyaya tanıdan görkəmli siyasətçi, türk dünyasının böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanması naminə göstərdiyi xidmətlər sayəsində ölkəmiz fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi. Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın tərəqqisi, parlaq gələcəyi idi. Bu gün Ulu Öndərin ruhu şaddır. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident cənab İlham Əliyevin Ulu Öndərimizin dövləti idarəetmə ənənələrini, siyasi kursunu uğurla davam etdirməsi Azərbaycan xalqında parlaq, qüdrətli gələcəyə inamı daha da artırıb. Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcək.
Dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin banisi, dahi Lider – Heydər Əliyevin siyasi aləmdə hər addımı xalqına, millətinə bağlılığını təsdiq edir.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

