Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir
26.09.2024 [12:44]
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib. Prezidentin çıxışı qarşıdakı dövr üçün “yol xəritəsi”dir. Eyni zamanda dövlət başçısının çıxışı zamanı verdiyi mesajlar ölkənin strateji hədəflərini, qarşıda duran prioritet istiqamətləri əhatə edir. Prezident İlham Əliyev: “Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir. Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır”.
Dövlətimizin başçısı çıxışında ölkə qarşısında duran bəzi vəzifələr haqqında fikirlərini Millət vəkilləri və Azərbaycan xalqı ilə bölüşüb. Ölkə başçısının dediyi kimi, son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Buna baxmayaraq, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Ancaq bu, nə bizim, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra ölkəmizin beynəlxalq nüfuzu bir neçə dəfə artıb, mövqelərimiz möhkəmlənib. Yaxın vaxtlarda COP29-un Azərbaycanda keçirilməsi də bu uğurlardan xəbər verir. Bu tədbirin Azərbaycanda keçirilməsi üçün 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi də bizim beynəlxalq nüfuzumuzu, getdikcə artan reytinqimizi göstərən vacib amildir. Bu uğurlar davam edəcək və bundan sonra da xarici siyasətdə geriyə heç bir addım atılmayacaq.
Azərbaycan Prezidenti “Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik” söyləməklə birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasını qeyd edib, eyni zamanda yerli hərbi sənaye kompleksimizin daha sürətlə inkişaf etdirilməsini, bu məqsədlə böyük vəsait ayrılmasını və gələn il də ayrılacağını, ölkəmizin yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevriləcəyi ilə bağlı bütün imkanlardan istifadə olunduğunu önə çəkib. Növbəti önəmli vəzifənin sərhədlərimizin qorunması ilə bağlı olduğunu söyləyən İlham Əliyev digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsinin vacib şərtlərdən biri olduğunu qeyd edib. Vətən müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi, beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi. Belə ki, bir çox dünya xalqları əzmkar Azərbaycan xalqının gücünü bir daha gördü, biz özümüzü bütün dünyaya qəbul etdirə bildik. Bizim qələbəmizə sevinən dövlətlər qədər, Şanlı Zəfərimizdən narahatlıq duyan bəzi xarici qüvvələr də var. Prezident İlham Əliyev çıxışında demişdir. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir – biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Dövlətimizin başçısı tamamilə doğru olaraq qeyd etdi ki, hazırda beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb və İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. Müasir dünyada güc amili artıq açıq-aşkar aparıcı mövqelərə sahiblənib və bu gün bütün bəşəriyyət bunu bəzi böyük dövlətlərin davranışından aydın şəkildə görür. Buna görə də ölkəmiz hərbi sahəyə diqqəti daim artırmalıdır və Azərbaycan dövləti bu məqsədlə bütün lazım olan addımları atacaq.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07

