Xətai rayonunda birincilərlə görüş keçirilib
13.09.2024 [18:31]
Sentyabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Bilik Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin və qazilərinin birinci sinifə gedəcək övladları ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə birinciləri təbrik edib və onlara xoş arzularını çatdırıb. Bildirib ki, bu gün hər birimiz, o cümlədən uşaqlar sevinclidirlər. Tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına, yenilməzliyimizin, məğrurluğumuzun dünyaya təqdimatına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Qələbəmizin qəhrəmanlarına minnətdarıq. Vətən, torpaq sevgisi ilə yaşayan igidlər öz qanları ilə tarix yazdılar. Bu gün hər bir bayramımızı Zəfər ruhunda qeyd edirik.
Vüqar Rəhimzadə vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Onların təhsili, Vətən üçün layiqli övlad kimi böyümələri dövlət siyasətinin prioritetlərindən biridir. Təhsil millətin gələcəyidir. Ümummilli Lider Heydər Əliyev uşaqların hərtərəfli inkişafı üçün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Ümumilikdə təhsil hər bir dövlətin inkişaf səviyyəsinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafını daim diqqətdə saxlayırlar. Bunun əsas göstəricilərindən biri kimi yeni tədris ilində neçə-neçə məktəbin tikintisini, onların maddi-texniki bazasının möhkəmləndirilməsini qeyd edə bilərik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris ilində həmin məktəblərin yeni təmirdən sonra açılışında iştirak edirlər. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəbin tikilməsi, yaxud əsaslı təmiri də bunun bariz nümunəsidir. Bu gün məktəblərdə “Hər şagirdə bir kompyuter” prinsipinin tətbiqi də gələcəyimiz olan uşaqların daha yüksək bilik əldə etmələrinə, müasir dövrün çağırışlarını cavablandırmalarına xidmət edir.
Vüqar Rəhimzadə bir daha birinciləri, onların valideynlərini bu gözəl gün münasibətilə təbrik edərək, onların hər birinə təhsildə uğurlar arzulayıb. Bildirib ki, bu günün birinciləri sabahın müxtəlif ixtisas sahibləri olacaqlar: “Arzum budur ki, əldə etdiyiniz bilikləri doğma Vətənimiz Azərbaycanın daha da inkişafına, qüdrətlənməsinə sərf edəsiniz. Birincilərə yeni tədris ilində təqdim olunan hədiyyənin, təbii ki, öz rəmzi mənası vardır. Bu, hər zaman yaddaşınızda dərin izlər qoyacaq”.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağızadə yeni həyata qədəm qoyan birinciləri təbrik edib. Bildirib ki, Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar və onların uğurlu nəticələri göz önündədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu sahəyə böyük diqqət göstərirlər. Təhsilin hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisi olduğunu önə çəkən dövlətimizin bu sahəyə xüsusi diqqəti dövlət büdcəmizdən ayırmalarda da özünün aydın ifadəsini tapır. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra təhsilin xüsusi yer tutması gələcəyimizin təqdimatında öz sözünü deyir. Belə ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, qorunması üçün müdafiə gücümüzün artırılması nə qədər önəmlidirsə, dayanıqlı inkişafımızı şərtləndirən təhsilin inkişafı da bir o qədər əhəmiyyətlidir. Bu mühüm məqamı xüsusi vurğulamalıyıq ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan elmi-texniki tərəqqi də təhsilimizin hazırkı inkişaf səviyyəsinin göstəricisi oldu.
Anar Tağızadə birincilərə bol-bol uğurlar arzulayıb. Bildirib ki, təhsilimizə göstərilən qayğı, məktəblilərin və tələbələrin yüksək savada, biliyə sahib olmaları üçün yaradılan şərait əldə olunan təhsil göstəricilərində də özünün aydın ifadəsini tapır.
Tədbirdə çıxış edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda birincilərə məktəb lavazimatları ilə zəngin çantalar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

