Səmərəli fəaliyyət
10.09.2024 [14:50]
Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Belə ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər qurur, heç bir ölkənin daxili işlərinə müdaxilə etmir və öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. Bu münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi diqqət göstərilməsi Azərbaycanın dünya birliyində etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında öz rolunu oynayır.
Prezident İlham Əliyevin bu günlərdə İtaliyaya işgüzar səfəri münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısının səfər zamanı görüşləri, aparılan müzakirələr, “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır.
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amillər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan enerji sektorunda əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin bariz nümunəsidir. Avropa İttifaqı ilə əldə edilən razılaşmaya əsasən, 2027-ci ilədək Azərbaycan qazının “Qoca qitə”yə tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP mühüm rol oynayacaq.
Prezident İlham Əliyev sözügedən Forumdakı çıxışında diqqəti enerji sektorunda əməkdaşlığa yönəldərək bildirib ki, Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş Avropa coğrafiyasını əhatə edir. Bu gün ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparılır. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar, o cümlədən idxalın həcmi 0,5 milyard dollar, ixracın həcmi 15,2 milyard dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon dollar olub. İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu nüfuzlu dövlətin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür.
Prezident İlham Əliyev çıxışında onu da qeyd edib ki, ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı təhsil ocağı – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Orada təhsil alan tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, bu ölkənin mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.
Cənab İlham Əliyev hər bir səfəri zamanı çıxışlarında 30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldir. Bir daha bildirib ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etdi. Bu məsələdə son nöqtə ötən ilin sentyabr ayında qoyuldu və Azərbaycanın suverenliyi bərqərar olundu.
Tarixi zəfərlərin yaratdığı reallıqlar fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənir. Bu gün Azərbaycan-İtaliya münasibətləri bunun bariz nümunəsidir. Strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.
Fəxrəddin Vəliyev
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

