YAP Azərbaycanda sosial sifariş əsasında yaradılmış yeganə siyasi partiyadır
16.11.2012 [00:08]
Partiyanın Nizami rayon təşkilatının “Ekol” ərazi ilk partiya təşkilatında YAP-ın yaranmasının 20-ci ildönümü qeyd olunub
Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə bağlı yubiley tədbirləri davam etdirilməkdədir. Bu dəfəki yubiley tədbiri YAP Nizami rayon təşkilatının “Ekol” ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbirdə çıxış edən “Ekol” QSC sədrinin SƏTƏM üzrə müavini Rəşad İsmayılov ölkəmizin yeni tarixində və siyasi həyatında əhəmiyyətli rol oynayan YAP-ın yaranmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranıb: “Bu tarixi yubiley günündə partiyanın və müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Yeni Azərbaycan Partiyası mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır”.
“Ekol” ərazi ilk partiya təşkilatının sədri, YAP Nizami rayon təşkilatının İH üzvü Fəxrəddin Quliyev çıxışında vurğulayıb ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olunub: “Dağıdıcı təfəkkürün daşıyıcıları olan Xalq Cəbhəsi-Müsavat cütlüyü partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550 nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətinə görə kəskin enerji çatışmazlığı şəraitində yaşayan Naxçıvanda Dövlət Musiqili Dram Teatrının indiki zalında keçirildi”.
Qeyd edilib ki, YAP Azərbaycanda sosial sifariş əsasında yaradılmış yeganə siyasi partiyadır. 20 il əvvəl - xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, Ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Sonra çıxış edən Kamil Akimov, Həsən Hüseynov, Səbuhi Veysəlov, Əli Ələkbərov və digərləri diqqətə çatdırıblar ki, partiyanın yarandığı gündən ötən 20 il ərzində əldə etdiyi nailiyyətlər qəbul olunmuş siyasi xəttin düzgünlüyünün, Heydər Əliyev kursunun xalqımızın rifahına xidmət etdiyinin təsdiqidir.
Sonda rayon təşkilatının ictimai-siyasi fəaliyyətində aktivlik nümayiş etdirmiş partiya üzvlərinə Fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

