Artıq bu torpaqların əsl sahibləri öz doğma yurdlarında firavan yaşayırlar
26.08.2024 [10:23]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Müstəqil Azərbaycan dövlətinin uğurlu siyasəti sayəsində möhtəşəm zəfərlərə imza atan ölkəmiz bu gün düşmən işğalından azad edilən kəndləri, şəhərləri yenidən bərba edir. Ölkə başçımız, Qalib Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində 30 il ərzində erməni terrorçularının tapdağı altında qalan torpaqlarımıza yeni nəfəs verilir, illərlə köçkün taleyi yaşayan soydaşlarımız artıq öz yurdlarına qaytarılır. İşğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və məşğulluq proqramları icra olunur. Kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatları yaradılır, insanların məşğulluğu təmin edilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə xalqımız 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi şəhərlərimizin xüsusi Günlərini böyük coşğu ilə qeyd edir. Artıq hər il 26 avqust Laçının, 4 oktyabr Cəbrayılın, 17 oktyabr Füzulinin, 20 oktyabr Zəngilanın, 25 oktyabr Qubadlının, 8 noyabr Şuşanın, 20 noyabr Ağdamın, 25 noyabr Kəlbəcərin əlamətdar gününü kimi bayram edir.
İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən, 26 avqustda Şəhər Günü qeyd edilən Laçın rayonu da bərpa olunur, əvvəlki toy-büsatına qovuşur. Düşmənin cəngindən azad edilən Laçında müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır.
Qalib Azərbaycan dövləti düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəldilir, cənnətə çevrilir. Dövlətimizin Başçısı cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı şərait yaradılır.
Vandal düşmənin Laçın şəhərini işğal etməmişdən əvvəl burada 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Artıq soydaşlarımızın rahat, təhlükəsizlik şəraitində yaşamaları üçün Laçında bütün infrastruktur yenidən qurulur. Bir sözlə, laçınlıların da öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir. Artıq bu torpaqların əsl sahibləri öz doğma yurdlarında firavan yaşayırlar.
26 avqust tarixində doğma yurdlarına, ata-baba ocaqlarına qayıdan laçınlılar doğma ocaqlarında “Laçın Şəhəri Günü”ni qeyd edirlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır.
Bəli, bu gün Azərbaycan xalqı qürur hissi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması ilə böyük Zəfərdən tərəqqiyə, işıqlı gələcəyə gedən yolla irəli addımlayır. İşğaldan azad olan torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq tədbirləri, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin reallaşması ölkə iqtisadiyyatının nə qədər möhkəm, dayanıqlı olduğunu nümayiş etdirir. Azərbaycanın igid oğullarının qanı-canı bahasına azad edilən torpaqlarımızın yenidən qurulması, keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qaytarılması Azərbaycan dövlətinin gücündən, xalqımızın milli qürurla, milli ruhla bu torpaqlarda işıqlı gələcəyin qurulacağını nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

