Ölkəmizin geostrateji imkanları böyükdür
22.08.2024 [10:32]
Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür, beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir. Azərbaycanın humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və digər sahələrdə yüksək qarşılıqlı tərəfdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən biri olan Rusiyadır. Qeyd olunmalıdır ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşıb və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eynitipli bəyannaməni 2022-ci ildə Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından son dərəcə əhəmiyyətli bir qərar idi.
Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin daha sürətli inkişafına təkan verəcək. Xüsusilə qeyd etmək lazımdır ki, bu fikir öz əksini Azərbaycan və Rusiya Prezidentlərinin avqustun 19-da Bakıda mətbuata bəyanatla etdikləri çıxışlarında da öz əksini tapıb. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər. Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri isə xüsusi xarakter daşıyır. Bu səfər ölkələrimiz arasında münasibətlərin həqiqətən ən yüksək səviyyədə dinamik şəkildə inkişaf etdiyini göstərir. Cənab Prezident öz çıxışında belə bir vacib məqamı da qeyd etdi ki, bu gün bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələlərin geniş müzakirə edildiyini diqqətə çatdıran dövlət başçısı ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yarandığını bir daha vurğuladı. Bu şərait əlbəttə ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsilə bağlıdır və təbii ki, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır.
Ən əsası, regional sabitlik və təhlükəsizliyin təmin olunması isə bir çox hallarda məhz Rusiya-Azərbaycan münasibətlərinin təsiri altında formalaşan proses kimi özünü büruzə verir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

