Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi qeyd edilib
06.11.2012 [00:53]
Əli Əhmədov: YAP-ın yaradılması Ulu öndər Heydər Əliyev şəxsiyyəti və fenomeni ilə birbaşa əlaqədar idi
Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyasının yaranmasının (YAP) 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, alim və mütəxəssislərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ümummilli lider, müasir dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Rektor dahi rəhbər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızda qazanılan nailiyyətlərdən bəhs edib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP-ın yaranma tarixi, inkişaf mərhələləri, ölkəmizin ictimai-siyasi həyatındakı tarixi xidmətləri barədə danışıb. Bildirib ki, YAP obyektiv tarixi zərurətdən yaranıb.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyini xatırladan Əli Əhmədov qeyd edib ki, həmin dövrdə ölkəmizin iqtisadiyyatında və digər sahələrdə ciddi tənəzzül özünü göstərirdi, respublikada özbaşınalıq, hərc-mərclik hökm sürürdü: “Reallıq ondan ibarət idi ki, o zaman hakimiyyətdə olan insanların bacarıqsızlığı, səriştəsizliyi ucbatından Azərbaycan çox ağır böhran şəraiti ilə üzləşmişdi. İnsanlar düçar olduqları ağır bəladan çıxış yolları axtarırdılar, düşünürdülər. Bu düşüncələrin, axtarışların məntiqi nəticəsi olaraq onlar yalnız Ulu öndər Heydər Əliyevə inam bəsləyirdilər. İnsanlar bu qənaətə gəlmişdilər ki, Azərbaycanı düçar olduğu ağır böhrandan, bütövlükdə ölkəni dağılmaq, parçalanmaq təhlükəsindən yalnız Ümummilli lider Heydər Əliyev xilas edə bilər.
Yaranmış ağır vəziyyətdən çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görən intellektli insanlar bu real düşüncələrini sivil yollarla həyata keçirmək istəyirdilər. Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması ideyası mühüm əhəmiyyət kəsb etmişdi. YAP-ın yaradılması Ulu öndər Heydər Əliyev şəxsiyyəti və fenomeni ilə birbaşa əlaqədar idi. Bu partiyanın yaranması insanların böyük şəxsiyyətə inamını daha da artırdı”.
Əli Əhmədov xatırladıb ki, Yeni Azərbaycan Partiyasının yaranmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə partiyanın Sədri, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə hərc-mərcliyə son qoyulub, əmin-amanlıq, sabitlik bərqərar edilib, Azərbaycanın düçar olduğu dağılmaq təhlükəsi sovuşub, respublikamız sürətli inkişaf yoluna çıxıb.
Müdrik rəhbər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən bəhs edən Əli Əhmədov müstəqil dövlətimizin yaranmasında, qorunub saxlanmasında və dünyada tanınmasında Ulu öndərin əvəzsiz rolundan bəhs edib.
Ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışan Əli Əhmədov dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib, respublikamızın dinamik inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun artdığını, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edən Əli Əhmədov Azərbaycanın daha parlaq gələcəyinə, xalqımızın nurlu sabahına inamını ifadə edib.
YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, BDU-nun tarix fakültəsinin dekanı Azad Rzayev Ümummilli lider Heydər Əliyev ideyalarının əbədi yaşayacağını vurğulayıblar.
Tədbirdə BDU-nun ayrı-ayrı fakültələrində təhsil alan tələbələrin bir qrupu YAP-a üzv qəbul olunub.
Sonra YAP Yasamal rayon ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında təşkil olunan yarışların bağlanış mərasimi keçirilib.
Yarışın qalibi Dövlət Sosial Müdafiə Fondunun komandası olub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

