İki qardaş ölkə arasında münasibətlər inkişaf etməkdədir
14.08.2024 [17:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar və Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı perspektivləri üçün yeni zəmin yaradır. Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir. Həmçinin Rəsmi Bakı Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməklə yeni dünya nizamında Mərkəzi Asiya-Azərbaycan-Avropa İttifaqı ilə birgə əməkdaşlıq həyata keçirməyə çalışır. Çünki Mərkəzi Asiyanın karbohidrogen yataqları və nəqliyyat qovşağı Azərbaycan üzərindən keçəcək. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev arasında danışıqlarda bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi, investisiya, həmçinin nəqliyyat-logistika infrastrukturu layihələri kimi prioritet istiqamətlərdə ikitərəfli əməkdaşlığa dair aktual məsələləri müzakirə edilib.
Heydər Əliyev küçəsinin təntənəli açılışında çıxış edən Qazaxıstan Prezidenti Astana və Bakı arasında müasir, möhkəm və harmonik qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini bəyan edib. Kasım-Jomart Tokayev öz atasının quruculuq işlərini layiqincə davam etdirən və ölkəsini inamlı addımlarla tərəqqi yolunda irəli aparan İlham Əliyevin güclü liderliyini yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Qeyd etmək lazımdır ki, əslində qloballlaşan dünyanın üzləşdiyi bir sıra problemlərin həlli baxımından bu səfər çox böyük əhəmiyyət daşıyır.
Belə ki, müttəfiqlik münasibətlərini müxtəlif məzmunlarla zənginləşdirilir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.
Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə bir-birinə daim qarşılıqlı dəstək verirlər. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterinin göstəricisidir.
Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edib. Prezident İlham Əliyev deyir: “Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq”. Qeyd etdiyimiz kimi, Heydər Əliyevin ideyaları bütün sahələrdə öz bəhrəsini verir. Heydər Əliyev siyasətinin layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları Türk dünyasının birliyi və dünya siyasətində özünəməxsus mövqe qazanması üçün bütün sferalarda səylə çalışır. İnanırıq ki, Türk birliyi yaxın illərdə daha möhtəşəm şəkildə özünü bütün dünyaya nümayiş etdirəcəkdir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

