Azərbaycan – Mərkəzi Asiya əlaqələri möhkəmlənir
13.08.2024 [13:46]
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələri xalqlarımız arasında mövcud olan səmimi münasibətlər, tarixi mədəni əlaqələr əsasında inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstana səfəri və Astanada keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə iştirakı bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Sammitdə çıxış edən cənab Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusi qeyd etdi ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Dövlət başçımız Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu vurğuladı və bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etdi. Bildirildi ki, ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri bu əməkdaşlığın praktiki inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin arasında mövcud regional əməkdaşlığın yeni formatı müşahidə edilir. Sözsüz ki, bu da ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Diqqətəlayiq haldır ki, son iki ildə cənab Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etmişdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçıları da Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Bu səfərlər ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə və şaxələnməsinə xidmət edir.
Öz çıxışında dövlət başçımız belə bir vacib məqamı da qeyd etdi ki, son illər ərzində ölkələrimiz arasında birgə sərmayə fondları yaradılıb. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının xətti ilə sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır.
Əlbəttə ki, münasibətlərdə nəqliyyat və logistika sahəsi mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiyadakı qardaş ölkələr üçün hər zaman açıqdır. Öz çıxışında bu məsələyə xüsusi olaraq toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Bu gün yeni dünya düzəninin formalaşması prosesini davamlı olaraq müşayiət edən silahlı qarşıdurmalar, güc amilinin getdikcə daha çox önəm alması, dünyada artan təhdid və çağırışlar dost ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Məhz bu baxımdan cənab Prezident İlham Əliyev ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyətini xüsusilə vurğuladı. Həmçinin qeyd olundu ki, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının mühüm göstəricisidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

