/ / YAP-ın ötən 20 il ərzində müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsində, inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub
YAP-ın ötən 20 il ərzində müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsində, inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub
19.10.2012 [00:48]
Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının Qadınlar Şurası partiyanın yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əbədi xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir “İdeal” ərazi ilk partiya təşkilatında davam etdirilib. Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva YAP-ın tarixinə nəzər salıb, əldə etdiyi uğurlardan söz açıb. Millət vəkili qeyd edib ki, YAP zamanın tələbi ilə Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin rəhbərliyi altında yaradılıb: “Bir çox partiyalar mərkəzdə yaradıldığı halda YAP paytaxtdan uzaqda - 1992-ci ilin noyabr ayında Naxçıvan şəhərində yaradılmışdır. Müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnmiş təsadüfi adamlar Heydər Əliyevin siyasi nüfuzundan, xalqın bu böyük sərkərdəyə olan sonsuz inamından qorxurdular. Onlar bilirdilər ki, Heydər Əliyev Bakıya qayıtsa xalq ayağa qalxacaq və yarıtmaz hakimiyyəti yaratdığı anarxiyaya görə sel suyu kimi yuyub aparacaqdır. Ona görə də YAP-ın təsis qurultayının Bakıda keçirilməsinə imkan verilmədi. Lakin Azərbaycanın bütün ziyalıları, xalq kütlələri Naxçıvana, bu dahi şəxsiyyətin yanına axışaraq ölkənin xilası üçün Ondan imdad dilədilər.
YAP yarandıqdan qısa müddət sonra iqtidar partiyasına çevrilmişdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçilərək, dövlətçilik təcrübəsindən istifadə edərək, ölkədə ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş müharibəsinin qarşısını almışdır. Azərbaycanı yenidən quraraq Ümummilli lider səviyyəsinə yüksəlmişdir. Bu gün Azərbaycan Heydər Əliyevin siyasi kursunun davamı nəticəsində yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur”.
YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının və “İdeal” ərazi ilk partiya təşkilatının sədri Sevda Abdullayeva bildirilib ki, xalqımız Sovetlər İttifaqının süqutu ilə müşayiət olunan özünün azadlıq uğrunda mübarizəsində istək və arzusuna nail olub, milli azadlığını əldə edərək müstəqil dövlət yaradıb: “Ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olmuşdur. Ulu öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edilmiş, vətəndaş müharibəsi və separatçılığın qarşısı alınmışdır. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
Tədbirdə çıxış edən digər iştirakçılar diqqətə çatdırıblar ki, Ulu öndər Heydər Əliyevin dərin siyasi düşüncəsi və zamanın tələbi ilə yaranmış Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub.
Sonra partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

