Mətbuatımız cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə yerinə yetirir
19.07.2024 [15:15]
Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatımız 149 yaşını qeyd edir. Hər zaman qeyd etdiyimiz kimi, hər bir bayram, əlamətdar gün keçilən yolun hesabatı kimi dəyərləndirilir. Azərbaycan mətbuatının inkişaf tarixindən bəhs edərkən müstəqilliyimizin bərpasından sonrakı dövrün reallıqları, daha dəqiq desək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr göz önünə gəlir və bu fikri böyük əminliklə qeyd edirik ki, digər sahələr kimi, mətbuatımızın da inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində söz və mətbuat azadlığını, plüralizmi məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ümummilli Lider bu çağırışı etmişdir ki, demokratik cəmiyyətin varlığnı təsiqləyən bütün atributlar ölkəmizdə təsbit olunmalıdır. Demokratik inkişafı strateji kursumuzun əsası kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin demokratik islahatlarının nəticəsidir ki, bu gün dünya Azərbaycanın demokratiya təcrübəsindən bəhs edir.
Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi, azad mətbuatın inkişafı dövlətimizin siyasətinin prioritet istiqaməti kimi öndə olub. Ulu Öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləgv edildi, bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırıldı, azad mətbuatın inkişaf yolunda yeni perspektivlər açıldı. Bu addımların davamlılığını təmin etmək üçün 2000-ci ildə Mətbuat və İnformaiya Nazirliyi ləğv olundu və dövlətin mətbuat üzərində nəzarəti aradan götürüldü. 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaradıldı. 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilən Milli Konstitusiyamızda da azad mətbuatın inkişafına xidmət edən müddəalar öz əksini tapıb. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanun, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" Qanun qəbul edilərək söz və mətbuat azadlığına, mətbuatın və jurnalistlərin müstəqil fəaliyyətinə geniş imnkanlar yaradıldı. Medianın iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində də biri-birindən mühüm addımlar atıldı. Məhz bu diqqət və qayğının nəticəsi idi ki, Ulu Öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasəti və ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının medianın inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, medianın potensialının və qlobal informasiya məkanında layiqli yer tutmasına hərtərəfli dəstəyi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncam əsasında “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi kimi mühüm addımlar mətbuata göstərilən diqqətin tərkib hissəsidir. Milli mətbuatımızın yubileylərinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlət başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və dünyafa analoqu olmayan hadisə kimi dəyərləndirilir.
Tarixi Zəfərimiz bu gün bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açıb. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini də zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Həmçinin 2021-ci ildə qəbul olunmuş “Media haqqında” yeni Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Qısa təhlil bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, 149 illik yol keçən Azərbaycan mətbuatı bütün dövrün reallıqlarının təbliğatçısı olmaqla yanaşı, daim yeni çağırışlara uyğun olaraq təkmilləşir, cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə yerinə yetirir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19

