Şuşa Bəyannaməs i- Qardaşlığın yeni tarixi mərhələsi
14.06.2024 [11:57]
2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə iki ölkə arasında Bəyannamə imzalandı. Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması tarixi bir hadisədir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını dünyaya bəyan edən bir mesajdır. İki qardaş ölkə arasında mövcud olan yüksək münasibətlər keyfiyyət və məzmun baxımından yeni bir mərhələyə yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər Şuşa Bəyənnaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucaldı. İki qardaş ölkə arasındakı əlaqələrin belə sürətlə inkişafı eyni zamanda regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İki ölkə arasında ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə olan əlaqələrə dünyada rast gəlmək mümkün deyil.
Şuşa Bəyannaməsində eyni zamanda müdafiə sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi ilə yanaşı, regionda sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir.Bu tarixi nailiyyət bir daha onu göstərir ki, biz hər zaman bir yerdə olacağıq və bir birimizin təhlükəsizliyini təmin edəcəyik. Bu günə qədər necə ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsidir: “İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bütün bunlarla yanaşı iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. Bu bir reallıqdır ki, II Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Artıq Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə addımlar atılacaq”.
44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstəyi bütün dünya gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk dəqiqələrindən ölkəmizin haqq işinə öz dəstəyini verdi.Türkiyə dövləti Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutaraq bütün qurum və təşkilatları ilə birlikdə Azərbaycanın yanında oldu. Bu birlik gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqət olduğunu dünyaya sübut etdi.Qazanılmış Zəfərdən sonra da qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirdi. Belə ki, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərində qardaş Türkiyə dövləti də yaxından iştirak edir. Bu bir daha Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirir.
Qurtuluşun və böyük Zəfərin təntənəsi olan, Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də dövlətimizin başçısının vurğuladığı kimi, yeni dünya düzəninə mühüm töhfədir. Xalqımız zamanı çatanda bu töhfələrin də sahibi olacaq.
Yaşasın əbədi olan Azərbaycan Türkiyə dostluğu və qardaşlığı!
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

