Azərbaycan- İran: tarixi əlaqələr üçün yeni səhifə
21.05.2024 [11:31]
Azərbaycan və İran arasındakı tarixi əlaqələri, ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək səviyyəyə çatdırmaq üçün daha bir addım atıldı. Bir neçə gün öncə Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi iki ölkə rəhbərliyinin yaxşı münasibətlər qurmağa olan siyasi iradəsini göstərdi. Bu cür görüşlər heç şübhəsiz ki, iki qonşu ölkəni biri-birinə daha da yaxınlaşdırır, hər hansı bir problemin mövcudluğunu tamamilə istisna edir. Azərbaycan və İran prezidentləri arasındakı son görüş zamanı tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Xüsusilə energetika sahəsində geniş imkanlar var. Bu isə dünya energetika bazarında hər iki ölkənin yerini daha da möhkəmləndirir. Həmçinin tərəflər görüş zamanı regionda olan vəziyyəti müzakirə etdilər, biri-birlərinin milli maraqlarına hörmətlə yanaşdıqları bəyan edildi. Azərbaycan-İran münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə hər hansı bir şübhə ola bilməz. Eyni zamanda hər iki ölkəni qədimdən birləşdirən tarix, mənəvi dəyərlər var. Bu münasibətlərin daha da yaxşı olması cəmiyyətdən gələn sosial mesajdır.
Hər kəsə məlumdur ki, ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Unutmayaq ki, Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. Gəlin münasibətlərimizin tarixinə qısaca da olsa nəzər salaq. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlərimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir.
Bu möhkəmlənən əməkdaşlıq fonunda İran və Azərbaycanın daim bir-birinə qarşılıqlı dəstəyi və əksər məsələlərdə nümayiş etdirilən vahid mövqe ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən xəbər verir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası, öz növbəsində, ölkələrimiz arasında iqtisadi müstəvidə də münasibətlərin inkişafına böyük töhfələr verib. Bu gün Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlıq mövcuddur. Ölkələrimizin birgə təşəbbüsü ilə həyata keçirilən layihələr isə təkcə xalqlarımızın deyil, regionun inkişafına mühüm töhfələr verməkdədir.
Dövlət başçımızın qeyd etdiyi kimi, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.
Prezident İlham Əliyev İran lideri ilə görüşündə açıq şəkildə bəyan edib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Bu, kifayət qədər aydın mesajdır və dövlətimizin bölgənin əmin-amanlığı üçün əlindən gələn hər şeyi etməsinin bariz nümunəsidir.
Daha bir məqama diqqət edək: Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açdı. Dövlət sərhədimizin bərpası Azərbaycan ərazisindən yükdaşımaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar açır. Bundan əlavə, illərdir ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizin bərpası işində də İran şirkətlərinin cəlb olunması mümkündür. Artıq İranın bir sıra şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib. Beləcə Azərbaycan- İran tarixi əlaqələri üçün yeni səhifə açılır.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

