Ağcabədidə konfrans keçirilib
29.04.2024 [11:08]
Aprel ayının 26-da YAP Ağcabədi rayon təşkilatı və Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildöğnümü münasibətilə “Xalqımıza töhfə verən ailə” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmışdır.
Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftolmaloq-alim Zərifə xanım Əliyevanın, Azərbaycanın Dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda çıxış edən Rövşən Əhmədov qeyd etmişdir ki, iki gündən sonra görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ili tamam olur.
Zərifə xanım Əliyeva elmi fəaliyyəti ilə yanaşı həm də ictimai xadim, görkəmli pedaqoq, ömrünü Azərbaycanın inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, ölkəmizi yenidən ərazi bütövlüyünə qovuşduran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev kimi sərkərdə böyüdən həssas, qayğıkeş anadır.
Biz onun simasında dünya şöhrətli alim, nəcib milli Azərbaycan qadını, vəfalı həyat yoldaşı, fədakar ana obrazı görürük. Dərin intellekt, yüksək mədəniyyət, fenomenal bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Zərifə xanım bütün Azərbaycan xalqının sevgi ilə, minnətdarlıq hissi ilə yad etdiyi, qəlblərdə özünə əbədi iz qoymuş nəcib bir insan olmuşdur.
Konfransda Ağcabədi rayon Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin Poliklinika şöbəsinin oftolmoloq həkimi Ülviyyə Məmmədova çıxış edərək qeyd etdi ki, elə şəxslər var ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnnasız xeyirxahlığı, fitri istedadı, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftolmoloq-alim Zərifə xanım Əliyevadır. Mən bir oftolmoloq həkim kimi bu gün də Zərifə xanımın göz xəstəlikləri sahəsaində əldə etdikləri nailiyyətlərdən, yazdığı elmi-tibbi əsərlərdən yararlanır, insanların gözlərinə nur verərək, onun ənənələrini davam etdirirəm.
Konfransda GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxış edərək dedi ki, Zərifə xanım Əliyeva barədə söz demək, onun ömür yolu haqqında söhbət açmaqla həmin tarixi dövrün ənənələrinin formalaşması prosesinin də iştirakçısına çevrilmiş olursan. Hər bir millət üçün fəxr olunası haldır ki, onun dünya şöhrətli alimi, yaradıcı, istedatlı yetişdirməsi var. Zərifə xanım məhz belə unudulmaz insanlardandır. Ondan örnək götürərək Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
Ağcabədi Pedaqoji kollecinnin psixoloqu Sevinc Hüseynova, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Təranə Məmmədova konfransda çıxış edərək dünya oftolmologiya elminə töhfələr verən böyük alim, görkəmli ictimai xadim, xeyirxah insan Zərifə xanım Əliyevanın həyatı, elmi fəaliyyəti və insani xüsusiyyətləri barədə öz ürək sözlərini söyləmiş, bu nəcib insanın əziz xatirəsinin xalqımızın qəlbində daimi yaşayacağını vurğulamışlar.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr edilmiş film nümayiş etdirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

