/ / Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Oğuzda gənclərlə görüş keçirib
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Oğuzda gənclərlə görüş keçirib
27.07.2012 [22:49]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Oğuz rayonunda “Afra” istirahət mərkəzində Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Yay məktəbi” lahiyəsi çərçivəsində YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib.
Görüşdə Əli Əhmədov Azərbaycan hökumətinin gənclərə böyük diqqət və qayğı göstərdiyini qeyd edib: “Gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bu layihələrdən biri də gənclərin “Yay məktəbləri”dir. Bu il “Yay məktəbləri”ndə 600-ə yaxın gənclərimiz iştirak ediblər. Məkan kimi seçdiyimiz Oğuz və Lerik rayonlarındakı istirahət mərkəzləridir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər. Partiyamızın 600 minə yaxın üzvü var. Bunun 40 faizi gənclərdir. Bu, o deməkdir ki, gənclər YAP-ın içərisində xüsusi çəkiyə malikdirlər. Eyni zamanda, gənclərin fəallığı xüsusilə seçilir. Bu, bizi çox sevindirir”.
Bununla yanaşı Əli Əhmədov YAP-ın ətrafında birləşən gəncləri Azərbaycanın, Yeni Azərbaycan Partiyasının gələcəyinin təmin edilməsində öz üzərinə əhəmiyyətli bir missiyanı götürdüyünü də vurğulayıb: “YAP olaraq biz də gənclərimizin həmin missiyanı yerinə yetirməsi üçün onların hazırlanmasına lazım olan dəstəyi veririk və bundan sonra da verəcəyik. Bizim gənclərimiz gələcəyin Azərbaycanının uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlar. Əslində, Azərbaycanın gələcəyi bu gün formalaşan, yetişən, böyüyən gənclər deməkdir. Azərbaycan hökumətinin yürütdüyü siyasət, Prezidentimizin həyata keçirdiyi strategiya güman edirəm ki, Yeni Azərbaycan Partiyasının gəncləri kimi sizlərə məlumdur. Bizim həyata keçirdiyimiz siyasətin əsas qayəsi, məqsədi insandır. İnsanların daha yaxşı, firavan həyatının, maraqlı və layiqli həyatının təmin edilməsindən ibarətdir. Təbii ki, bu məqsədə çatmaq üçün başlıca vəzifələrdən biri Azərbaycan iqtisadiyyatının gücləndirilməsi, iqtisadi inkişafının təmin edilməsidir”.
Eyni zamanda, YAP-ın Sədr müavini Əli Əhmədov görüşdə qeyd edib ki, bizim gələcəklə bağlı böyük ümidlərimiz var: “Azərbaycanın Prezidenti 2020-ci ilə ünvanlanmış gələcək inkişaf perspektivlərini müəyyənləşdirən konsepsiyanın hazırlanması ilə əlaqədar Sərəncam imzalayıb. Güman edirəm ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən də gənclərimiz, məxsusi olaraq Yeni Azərbaycan Partiyasının gəncləri 2020-ci ilin Azərbaycanının necə təsəvvür edilməsi ilə əlaqədar kifayət qədər geniş fikir mübadiləsi aparmısınız. Siz 2020-ci ildə Azərbaycanda iqtisadiyyatın necə olmasını, təhsilin necə olmasını, insanların rifahı ilə bağlı görmək istədiyiniz mənzərənin necəliyini yəqin ki, öz xəyalınızda, təsəvvürünüzdə, düşüncələrinizdə formalaşdırırsınız. Bu, çox əhəmiyyətlidir. çünki hazırda bu konsepsiya üzərində iş gedir, müxtəlif zümrələrdən olan insanları, o cümlədən Azərbaycanın gənclərinin fikirləri öyrənilir. 2020-ci ilin konsepsiyasının hazırlanması prosesində bu fikirlərdən, bu düşüncələrdən, bu istək və arzulardan istifadə ediləcək. Konsepsiyanın formalaşması zamanı bu çox əhəmiyyətli məqam olacaqdır”.
Daha sonra Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov gəncləri maraqlandıran suallara cavab verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Məlahət İbrahimqızı, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Oğuz “Yay məktəbi” fəallarının müraciəti qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

