Azərbaycan-Rusiya münasibətləri uğurla infikaf etməkdədir
25.04.2024 [15:53]
Tarixdən məlumdur ki, Azərbaycan ərazisi geostrateji əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə hər zaman diqqət mərkəzində olmuşdur. Bu baxımdan Azərbaycan bu gün də öz əhəmiyyətini saxlayır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası dünyanın bir çox aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Həm yerləşdiyi strateji mövqeyinə, həm də zəngin sərvətlərinə görə bir çox dövlətlərin Azərbaycanla bağlı geosiyasi maraqları toqquşur.
Belə ki, Azərbaycan Avrasiyanın bir hissəsi kimi əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, Avropa-Asiya nəqliyyat dəhlizində yerləşməsinə görə də seçilir. Həmçinin, zəngin neft və qaz ehtiyatlarına sahib olması da dünyanın aparıcı dövlətlərinin diqqətini Azərbaycana yönəldən amillər sırasındadır. Regionda marağı olan siyasi aktorlardan biri və ən əhəmiyyətlisi qonşumuz Rusiya Federasiyasıdır. Həm postsovet ölkəsi – SSRİ-nin varisi kimi, həm də regional və qlobal siyasi oyunçu kimi Rusiyanın geosiyasətində Azərbaycan mühüm əhəmiyyət kəsb edir.
Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, zaman qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları, umu-küsüləri retuşlayır. Rusiya da, Azərbaycanda gələcəyə nikbin nəzərlərlə baxır.
Bu baxımdan cari ilin aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşümühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keşirib və çıxışı ediblər. Bu görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə keçirilən bu görüşün iki dövlət arasındakı münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirmişdir.
Görüş zamanı bir çox məsələlər haqqında müzakirələr edildi və bu müzakirələr zamanı bir daha məlum oldu ki,Rusiya Ulu Öndər Heydər Əliyevin xatirəsini həmişə ehtiramla yad edir. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.
Azərbaycan Prezidenti qeyd etdi ki, regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub: Amma ikinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirməlidirlər.
Belə bir gerçəklik də var ki, dövlətlər arasında nə qədər çoxtərəfli sazişlər, müqavilələr, kommunikelər imzalansa da, ölkə başçıları arasında soyuqluq varsa, o zaman o sənədlər kağız üzərində qalacaq, işləməyəcək. Xoşbəxtlikdən, hələ Ümummili Lider Heydər Əliyevlə Rusiya lideri Vladimir Putin arasında təməli qoyulan dostluq və əməkdaşlıq bu gün Prezident İlham Əliyevlə Putin arasında rəvan şəkildə davam edir.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

