Tarixin səhifələrində əbədiləşən, unudulmaz şəxsiyyət
15.04.2024 [12:18]
Müdrik Azərbaycan xalqı öz tarixi boyu bir çox görkəmli şəxsiyyətlər yetişdirmişdir. Xalqımızın yaddaşında əbədi qalan, hər zaman böyük hörmətlə anılan məşhur insanlardan biri də həkim - oftalmoloq, tibb elmləri doktoru, akademik, Azərbaycanın əməkdar elm xadimi, görkəmli alim, pedaqoq və eyni zamanda həssas, qayğıkeş, xeyirxah insan Zərifə xanım Əliyevadır.
Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq hələ sağlığında Zərifə xanımı əfsanələşdirmişdir. Alim kimi o, bir çox dəyərli əsərlər qoyub getmişdir. Onun irsi, elmi nailiyyətləri, pedaqoji təcrübəsi daim tədqiqat obyekti olmuşdur və bu gün də olaraq qalır.
Zərifə Əliyeva şəxsiyyətinin gücü, qüdrəti onun həm də məhz, ona müraciət edən insanlara fədakarcasına xidmətində idi. Zərifə xanım yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. O, xəstələri yalnız işdə və klinikada deyil, hər yerdə, zərurət halında hər şəraitdə qəbul edir, onlara dəyərli məsləhətlər verir, heç kimi köməksiz, ümidsiz qoymurdu.
Görkəmli Akademikin həyat və fəaliyyətində uşaqlara diqqət və qayğı da xüsusi yer tutdurdu. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmir, o, respublikanın şəhər və rayonlarını bir - bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə - profilaktik tədbirləri həyata keçirirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - Moskva Elmi - Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim - oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Zərifə xanım hər zaman hər bir sahədə ön sırada idi. Hələ gənc ikən - elmi - tədqiqat mövzusunu müəyyənləşdirərkən respublika səhiyyəsi üçün böyük əhəmiyyət kəsb edən sahəni seçmişdi. Namizədlik dissertasiyasının mövzusu da məhz, oftalmologiyanın aktual probleminə - traxoma ilə mübarizəyə aid idi. Görmə qabiliyyətinin itirilməsinin çox geniş yayılmış səbəblərindən biri olan traxoma həqiqətən həmin illərdə Azərbaycanda ictimai bir bəlaya çevrilmişdi. Zərifə xanım həmin dövrdə dissertasiya üzərində işləyə - işləyə yüzlərlə, minlərlə xəstənin sağlamlığını özünə qaytararaq, uşaq evlərindəki çoxsaylı yetim uşaqları müalicə edir, bundan əlavə, qlaukoma və zəif görmənin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq respublikanın regionlarında olurdu.
Zərifə xanım həm də gözəl, qayğıkeş ana, vəfalı bir ömür - gün yoldaşı idi. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə dəstək olmuşdur. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”
Akademik Zərifə xanım Əliyeva Heydər Əliyev ocağında ata - anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan iki övlad böyümüşdür. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım hər zaman əsl ana qayğısı, ana nəvazişi göstərmişdir. Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyeva övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Möhtərəm Prezident İlham Əliyev cənabları kimi dünyaşöhrətli siyasətçini xalqımıza bəxş etmişdilər.
Odur ki, qədirbilən Azərbaycan xalqı Ulu Öndərimiz kimi Akademik Zərifə xanımın da əziz xatirəsini daim uca tutur, onu böyük ehtiramla yad edir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

