Zərifə Əliyevanın işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
15.04.2024 [10:45]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Yaşadığı ömür boyu doğmaların, ətrafında olan insanların böyük sevgisini, məhəbbətini qazanaraq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, qalib Sərkərdə kimi adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Prezident cənab İlham Əliyevin anası, gözlərə, qəlblərə nur gətirən Zərifə xanım Əliyevanın ömür kitabına da Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadiminin taleyi yazıldı. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, tibb elminə töhfələr vermiş həkim-oftalmoloq, Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün kamillik məktəbidir.
Görkəmli şəxsiyyət Zərifə xanım Əliyevanın həyatında səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət hər zaman öndə olub. Əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı hesabına ən ali zirvəni fəth edən Zərifə xanım Əliyevanın xalq qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva çoxillik fəaliyyəti dövründə Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdıb, neçə-neçə gözə şəfa bəxş edib, neçə-neçə görməyən insanların qaranlıq dünyasını işıqlandırıb.
Həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatan, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərən Zərifə xanım Əliyevanın Azərbaycan xalqını traxoma xəstəliyi adlı müdhiş bəladan xilas etməkdə misilsiz xidmətləri olub. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzib, əhali arasında məqsədyönlü söhbətlər aparıb, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirib. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil edib. Zərərli müəssisələrdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə öyrənən, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandıran, onların qarşısını almaq üçün əməli tədbirlər görən Zərifə xanım Əliyeva bu xeyirxah işi ilə, belə müəssisələrdə çalışanların görmə orqanlarını təhlükədən xilas edirdi.
Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətləri, mükafatları Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət kimi dəyərləndirib.
Peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Onun üçün elmlər doktoru adını almaqdan öncə insanların görmə qabiliyyətinin yaxşılaşdırılması prioritet məsələ idi. Zərifə xanımın həkimlik sənəti ilə bağlı bu fikri diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.
Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş, özündən sonra nurlu xatirələr qoyub gedən Zərifə xanım Əliyeva nəcib keyfiyyətləri ilə Azərbaycan xalqı tərəfindən sevilir, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, nurunda əbədi yaşayır.
Zərifə xanım sözün əsl mənasında xoşbəxt insanlardandır ki, bu gün onun ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var. Qürurverici haldır ki, Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

