"Yay məktəbi" Lerikdə öz işini davam etdirir
11.07.2012 [23:43]
Moderator Vüsalə Niftəliyeva tədbiri giriş sözü ilə açaraq YAP fəallarına siyasət haqda qısa məlumat verib. Müasir dünyamızda siyasətin üç vasitə ilə həyata keçirildiyini deyən mühazirəçi qeyd edib ki, bunlar siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiyadır.
Sadalanan vasitələr təhlil ediləndən sonra gənc fəallar və millət vəkili Sahibə Qafarova məsələ ilə bağlı öz fikirlərini bildiriblər. Millət vəkili deyib ki, siyasət geniş məfhum olmaqla bərabər eyni zamanda dar mənada da başa düşülür: “Siyasət, əslində, düzgün, təmiz olmalıdır. Amma bəzi ölkələr buna çirkinlik qatıb. Buna ən bariz nümünə kimi işğalçı Ermənistanı göstərə bilərik. Yəni, siyasət yalanlarla həyata keçirilir və bu da məqsədli şəkildədir”.
V.Niftəliyeva daha sonra YAP fəallarına daxili və xarici siyasətdə canlı və cansız siyasi vasitələr (SV) haqda məlumat verib. O, qeyd edib ki, canlı SV-lər dövlət rəhbəri, nazir və nazirliyin idarə və şöbə rəhbərləri, dövlət katibi, departament əməkdaşları, səfir, konsul, attaşe, elçi və sairlərdir. Cansız SV-lərə isə müqavilələr, referendumlar, sənədlər, protokollar, aktlar və digər belə sənədlər daxildir.
Daha sonra Azərbaycanın daxili siyasəti və onun şərtləri barədə məlumat verilib, dövlət strategiyasından danışılıb. YAP Samux rayon Gənclər Birliyinin üzvü Ceyhun Həsənov bildirib ki, dövlətçilik strategiyası təminedici, hərəkətləyici, idarəedici, qoruyucu funksiyasını yerinə yetirir: “Haqqında danışılan strategiya baza strategiyası olaraq adətən dəyişməyən xüsusiyyətlərə malik olur. Onun tərkibinə daxil olan elementlərin, hissələrin bəzilərinin tərkibində şəraitə, zamana, reallığa və tələbata uyğun olaraq dəyişiklik etmək olur. Məsələn, konstitusiya islahatları zamana uyğun aparıla bilər. Lakin dövlətçilik strategiyasının ümumiyyətlə, tərkib elementlərini dəyişmək olmaz. Buna misal olaraq isə deyə bilərəm ki, konstitusiyasız, rəsmi dilsiz, dövlət quruluşsuz, milli valyutasız, xalqsız, vətəndaşsız, ərazisiz və s. vəziyyətlərdə dövlətin mövcudluğundan söhbət gedə bilməz. Biz dövlətçilik nəzəriyyəsində strateji fəaliyyət planını unuda bilmərik. Bu amilin çox təsiredici əhəmiyyəti var. Burada ən əsas iqtisadi strategiyadır. ümummilli liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir ki, “iqtisadiyyadı güclü olan dövlət hər şeyə qadirdir”. İqtisadiyyat sahəsində nəzərdə tutulan 10 illik fəaliyyət planı böyük və təsiredici nəticələr əldə olunmazsa, sosial sahə strategiyasını hazırlamaq yersizdir. Eləcə də bir sahədə nəzərdə tutulan siyasi strategiya vaxtında yerinə yetirilməsə bu amil bütün sahələrə təsir edir. Mən bir gənc olaraq inanıram ki, bizim 2020-ci il strategiyamız çox uğurla həyata keçiriləcək. çünki bizim güclü iqtisadiyyatı olan dövlətimiz var. Bu dövlətin başında çox bacarıqlı, mükəmməl keyfiyyətlərə malik olan Prezidentimiz durur. Biz gənclər Prezidentimizlə çox zirvələri fəth edəcəyik”.
Daha sonra dünyanın tanınmış səxslərinin siyasət haqda dedikləri maraqlı aforizmlər dinlənilib, müzakirə və təhlil edilib, liderlik keyfiyyətlərindən söhbət açılıb.
Təqdimatların qiymətləndirilməsinə münasibət bildirən Yasamal rayon Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov qeyd edib ki, YAP-ın həyata keçirdiyi “Yay məktəbləri” gənclərdə liderlik keyfiyyətlərinin formalaşmasına böyük imkanlar yaradır: “Bu kimi seminar və müzakirələr gənclərin həm siyasi biliklərini artırır, həm də azad müzakirələrdə fəal iştirakını təmin edir. Mən inanıram ki, burada əldə etdiyimiz biliklər biz gənc siyasi fəalların gələcək siyasi fəaliyyətində böyük rol oynayacaq. Düşünürəm ki, bu kimi mövzuları nəinki belə “yay məktəbləri”ndə hətta rayon təşkilatlarının gənclər birliklərində də müzakirə etmək lazımdır. Burada “Yay məktəbi”ndə iştirak etməyən gənc fəallar da müzakirələrdən yararlana bilər”.
Bundan sonra “Yay məkdəbi”nin iştirakçıları arasında “2 fəxr+ 1 təəssüf” intellektual oyunu keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

