Baydenə “etiraz”...
12.03.2024 [10:50]
Ağ Evin dəvətinə “imtina” respublikaçıların şansını artıracaqmı?
Martın 7-də Konqresin birgə iclasında illik hesabat məruzəsi ilə çıxış edən ABŞ prezidenti Co Baydenin “hədəfləri” dəyişmədi. O, Qəzzaya yardımı asanlaşdırmaq, Ukraynanın hərbi səylərini maliyyələşdirmək üçün genişmiqyaslı tədbirlər həyata keçirmək kimi nüanslara toxundu, ölkə xaricindəki “rəqibi” Vladimir Putinə “mesaj ünvanladı” və ən əsası ölkə daxilindəki “rəqibi” Trampı üstələmək üçün mümkün “təhlükələr” barədə anonslar səsləndirdi. Bu dəfəki məruzənin məqsədi daha aydın idi - növbəti seçkilərdə uğur qazanmaq üçün bu hesabat bəlkə də həlledici ola bilər. Çünki Baydenin yaşı onun ən böyük “düşməninə” çevrilib. Təsadüfi deyil ki, çıxışına “ölkəmizin qarşısında duran problem bizim neçə yaşımız olduğu ilə bağlı deyil” frazası ilə başlayan Bayden seçicilərinə açıq mesaj göndərdi: “Tramp demokratiya üçün ciddi təhlükə yaradır”.
Bayden özü də anlayır ki, bəyan etdiyi “xarici siyasət prioritetləri” arasında ən mühüm “detal” kimi dəyərləndirilən Ukraynaya Senat tərəfindən təsdiqlənmiş 95 milyard dollarlıq xarici yardım paketinin bloklanması onun üçün ən böyük əngəldir. Ortadakı “problemi” unutdurmaq üçün yenidən “ümid vermək” qərarına gəlib - Onun Putinə mesajında “Mənim uzun müddətdir tanıdığım prezident Putinə mesajım sadədir. Biz çəkilməyəcəyik”, deməsi də bununla əlaqədardır.
Bayden daha başqa məsələlərlə bağlı da danışıb - amma gözdən qaçmayan bəzi detallar var ki, onlara xüsusi toxunmaq gərəkir...
Hər iki dəvətli “yox” dedi...
Daxili arenada üstünlük qazanmaq, seçki marafonunda önə çıxmaq üçün prezident Bayden özünün elan etdiyi hədəflərə “sədaqətini” nümayiş etdirmək, bundan isə reklam kimi yararlanmaq istəyirdi. Göründüyü kimi, illik hesabatın ən mühüm detalları məhz Baydenin özünün xarici siyasət kursunda “üstünlük verdiyi” nüanslara əsaslanır. Bu baxımdan, çıxışdan öncə Rusiyanın həbsdə dünyasını dəyişmiş müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya Ağ Evdən xüsusi dəvət göndərilmişdi. Bayden bu “kartlardan” məharətlə istifadə etməyə çalışırdı. Ağ Ev sahibi düşünürdü ki, Navalnayanın və Zelenskayanın yan-yana əyləşərək onu alqışlaması gələcək seçkilər üçün lazımi “açarlardan” biridir. Amma bu baş tutmadı...
Bəlli olduğu kimi, hər iki xanım bu dəvətdən imtina etdi - xanım Zelenskaya bu imtinasını “gərgin iş qrafiki”, Yuliya Navalnaya isə “istirahət” ilə əlaqələndirdi. Bir sözlə, hər iki dəvət “daşa” tuş gəldi. Ortada olan “səbəblər” isə elə ilk baxışdanca dəvətdən boyun qaçırmaq üçün bəhanə olması ilə diqqəti cəlb edir...
“İmtinanın” səbəbləri...
Zelenskayanın dəvətə “yox” deməsinin əsas səbəbi kimi onun Yuliya Navalnaya ilə yanaşı oturdulması göstərilir. Belə ki, Yuliya Navalnayanın mərhum həyat yoldaşının Rusiya-Ukrayna müharibəsindəki mövqeyi heç də ABŞ-ın və ya Ukraynanın mövqeyinə adekvat sayıla bilməzdi: Aleksey Navalnıy Krımı Rusiya torpağı hesab edirdi. Bu baxımdan, ABŞ-ın vəd etdiyi yardımı etməməsi fonunda Ukrayna prezidentinin həyat yoldaşının Yuliya Navalnaya ilə yan-yana oturaraq poz verməsi Ukrayna cəmiyyətində birmənalı qarşılanmayacaqdı. Bunu anlayan Ukraynanın “First lady”si Baydenə “yardım” edə bilməyib.
Yuliya Navalnaya isə artıq ABŞ-a inanmadığını bəzi müsahibələrində vurğulayıb - onun düşüncəsinə görə, Ağ Ev həyat yoldaşını həbsdən azad etmək üçün “kifayət qədər” çaba göstərməyib. Saakaşvilinin timsalında ABŞ-ın “dostlarının” taleyi hər kəs üçün “nümunə” də sayıla bilər. ABŞ tərəfindən “dəstəklənərək” arxayınlaşdırılanlar qanunları pozmağa sövq edilir və nəhayətdə “unudulur”.
“Reklam roliki” çəkilmədi...
Ən mühüm məqamlardan biri isə Baydenin real “reklam rolik”inin əldən çıxmasıdır. Trampa qarşı aktiv şəkildə istifadə edə biləcəyi bir “reklam roliki” qazanacağını düşünən Bayden əliboş qaldı. Demokratları “qüssəyə salan” məqam hər iki dəvətlinin eyni anda etirazının Baydenin siyasi reputasiyasına təsiridir. Təbii ki, bu etirazların alt qatındakı məqamlar artıq “oxunur”:
- Zelenskayanın imtinasının ən mühüm səbəblərindən biri kimi ABŞ-Ukrayna münasibətlərinin gələcəyinin Baydenlə assosiyasiya olunmasının istənilməməsi göstərilə bilər. Ukraynaya milyardlarla dollarlıq yardım paketinin bloklanması Respublikaçılar Partiyasından olan konqresmenlərin “xidmətidir”. Zelenskayanın Baydenə dəstək səfəri isə onları daha da “əsəbləşdirə bilərdi”. Beləliklə, ABŞ-da noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərinə xarici dövlətlərin, daha çox isə “müttəfiqlərin” münasibəti bəlli olur;
- Aİ üzvlüyü üçün can atan Ukrayna indiki məqamda ABŞ-a daha yaxın olmaq istəmir. Bunun Brüsseldə “düzgün anlaşılmayacağını” düşünən Ukrayna öz seçimini etmiş kimi görünür. Hazırki məqamda “balans ağırlığını” Avropanın xeyrinə “əyən” Kiyev bununla həm də yardım paketinin bloklanmasına “etiraz etmək” imkanı qazanır.
Nəhayət, Baydenin dəvətinə “yox” deyən Navalnayanın fevralın axırında Avropa Parlamentində çıxış etməsi demokratlara siqnaldır. Bu, Avropanın ABŞ-a münasibətdə heç də “yekcins” siyasi fikirdə olmadığının göstəricisidir. Beləliklə, Baydenin siyasi imicinə mənfi tonlar əlavə edən bu “imtina”lar həm də Avropa-ABŞ “yumşaq qarşıdurması”nın növbəti raundu kimi yadda qaldı...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
