Hədəf Serbiyadır...
26.12.2023 [11:00]
Qərb bu ölkədə də “rəngli inqilab” törətmək istəyir
Qərb “rəngli inqilab”lar seriyasını indi də Avropada - Serbiyada həyata keçirməyə çalışır. Son günlər bu ölkədə baş verənlər bunu deməyə əsas verir. Hadisələr müxalifətin etirazları fonunda baş tutub. Belə ki, noyabr ayında Serbiya Prezidenti Aleksandar Vuçiç yerli müxalifətin bütün səviyyələrdə hakimiyyətin dəyişdirilməsi tələbi ilə etirazları fonunda növbədənkənar parlament və yerli seçkilərin keçiriləcəyini elan etmişdi.
Hakim koalisiya seçkilərdə qalib gəlib
Dekabrın 17-də Serbiyada Milli Assambleyaya (parlament) növbədənkənar seçkilər keçirilib. Parlament seçkilərində hakim Serb Tərəqqi Partiyası qalib gəlib. Serbiya Prezidenti Aleksandar Vuçiçin sədri olduğu Serb Tərəqqi Partiyasının liderliyi ilə qurulan koalisiya ilkin qeyri-rəsmi məlumatlara görə, seçkilərdə səslərin təxminən 47 faizini toplayıb. “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası parlamentdəki 250 yerdən 129-nu qazanıb. Aleksandar Vuçiç bununla da parlamentdə mütləq çoxluğa sahib olacaqlarını bildirib. Müxalifət bloku isə seçkilərdə ikinciliyi əldə edərək Parlament seçkiləri ilə yanaşı, Belqrad Şəhər Assambleyasına keçirilən yerli seçkilərdə isə hakim partiya səslərin 39 faizini toplaya bilib.
İğtişaşçılar Belqrad şəhər administrasiyasını ələ keçirmək istəsə də...
Dekabrın 18-də “Serbiya Zorakılığa Qarşı” müxalifət koalisiyası seçkinin nəticələri ilə razılaşmayaraq mitinqlərə başlayıb. Həmin gün axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışıblar. Nümayişçilər qapını yerindən çıxarmaq üçün bayraq dirəyindən istifadə edib, həmçinin pəncərəni sındırıb, binaya daş və pivə qutuları atıblar. Binanın içərisində olan polis əməkdaşları sınmış qapı və pəncərələri canlı sipərlə örtüb, gözyaşardıcı qazdan istifadə ediblər.
Gecə yarısı hüquq-mühafizə orqanları nümayişçiləri dağıdıb və inzibati binanı mühasirəyə alıb. İki polis əməkdaşı ağır yaralanıb, 35 nəfər saxlanılıb.
Vuçiç: “Narahat olmayın, heç bir inqilab baş vermir, onlar heç nə edə bilməyəcəklər”
Serbiya Prezidenti Aleksandar Vuçiç isə baş verən hadisələrlə bağlı xalqa müraciət edib. “Narahat olmayın, heç bir inqilab baş vermir, onlar heç nə edə bilməyəcəklər”, - deyə ölkə başçısı müraciətində vurğulayıb. Onun sözlərinə görə, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb. “Onlar göstərdilər ki, zorakılıq onların siyasi rəqibləri ilə mübarizə aparmağın yeganə yoludur. Neçə gündür bunu göstəririk, bir neçə gündür deyirik ki, xalqın onlara səs vermək istəmədiyini bildikləri üçün, heç vaxt xalqın etimadını qazana bilməyəcəklərini bildikləri üçün buna hazırlaşırlar”,- deyə dövlət başçısı vurğulayıb.
Serbiya Prezidenti qeyd edib ki, ölkənin hər yerindən ona vətəndaşlardan hökumətin müdafiəsi üçün öz yardımlarını təklif edən zənglər gəlir. Daha sonra Prezident Aleksandar Vuçiç Belqradın mərkəzində baş verən iğtişaşlarla əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Xatırladaq ki, hələ bu ilin may ayında Aleksandar Vuçiç demişdi ki, ölkədə rəngli inqilab təşkil etmək cəhdləri barədə xəbərlər var: “Şərqdən olan xüsusi xidmət orqanlarımız rəngli inqilablar cəhdlərindən danışır”. O qeyd etmişdi ki, Serbiya inqilablardan və bütün serblərin, o cümlədən həyati vacib milli maraqların məhv edilməsindən bezib.
Qərb niyə Serbiyanı hədəfə alır?
Göründüyü kimi, artıq Serbiyada “rəngli inqilab”a cəhd oldu, iğtişaşlar baş verdi. Əlbəttə ki, bu da Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı “rəngli inqilab” ssenarisinin tərkib hissəsidir. Prezident Vuçiç bununla bağlı bəyanatında açıq şəkildə deyib ki, bir çoxları Serbiyaya öz iradələrini yeritməyə çalışırlar: “Bir çoxları Belqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Serbiya müstəqil və müstəqil siyasət yürütməyə davam edəcək...”. Vuçiç bəyan edib ki, iğtişaşları törədənlər Serbiyanı zəif görmək istəyirlər: “İstəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər, hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik”. Digər tərəfdən isə, Qərb Kosovanın müstəqilliyini tanımaq üçün Serbiyaya təzyiqlər göstərir.
Beləliklə, Qərbin növbəti hədəfi Serbiyadır. Müxalifətin tələblərinə rəğmən ölkədə növbədənkənar parlament seçkiləri keçirilsə də, yerli vətəndaşlar yenə də hakim koalisiyaya səs verdilər. Lakin Qərbin tapşırıqlarını yerinı yetirən müxalifət seçkinin nəticələri ilə barışmayaraq zorakılıq yolunu tutur. Törədilən iğtişaşların qarşısı alınsa da, müxalifət reallıqla barışmaq niyyətində deyil. Vəziyyətin bundan sonra necə davam edəcəyini isə qarşıdakı proseslər göstərəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

