Mərkəzi Asiyada Azərbaycan imperativi
20.09.2023 [11:29]
Sentyabrın 14-də, Tacikistanın paytaxtı Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət Görüşünə beynəlxalq və regional KİV-lər, o cümlədən Rusiya mediası da xüsusi yer ayırıb. Müxtəlif ölkələrə məxsus media platformaları əsas diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıda fəxri qonaq qismində iştirakına yönəldiblər. Rusiya mediası dəyişən geosiyasi vəziyyətin fonunda Mərkəzi Asiya ölkələrinin Avropa ilə güclərini birləşdirmək, nəqliyyat kommunikasiyalarını təmin etmək üçün yollar axtardığını, Azərbaycanın nəzərdə tutulan layihələrdə çox önəmli rol oynayacağını yazır.
Mərkəzi Asiyada “birlik” çağırışı
Xəbər verdiyimiz kimi Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət Görüşü Tacikistan prezidenti Emoməli Rəhmonun sədrliyi ilə baş tutub. Emoməli Rəhmon ikitərəfli görüşlərə Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlarla başlayıb. Məlumdur ki, Tacikistan və Qırğızıstan arasında sərhədlərin dəqiq təyin edilməməsi səbəbindən iki ölkə arasında vaxtaşırı gərginlik yaşanır. Bu görüşdə prezidentlər qırğız və tacik xalqlarının yaxın qonşuluq ənənələrindən, tarixi dostluğundan da danışıblar. Dövlət başçıları sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin yaxın zamanlarda danışıqlar yolu ilə həll ediləcəyinə ümid etdiklərini bildiriblər.
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev isə sammitdəki çıxışı zamanı qeyd edib ki, bu gün dünya son dərəcə mürəkkəb durumdadır və Mərkəzi Asiya ölkələrinin hər biri beynəlxalq vəziyyətlə bağlı müəyyən çətinliklər yaşayır:
“Geosiyasi gərginlik artdıqca regionda sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı təmin etmək üçün gücümüzü birləşdirməyimiz həmişəkindən daha çox vacibdir” - deyə, Qazaxıstan prezidenti bildirib. Onun sözlərinə görə bu gün tədbir iştirakçılarının qarşısında duran prioritet vəzifə Mərkəzi Asiya dövlətləri arasında dostluq, qonşuluq və əməkdaşlıq müqaviləsinin tezliklə qüvvəyə minməsini təmin etməkdir.
“Bu müqavilə ölkələrimizin siyasi iradəsinin və regionumuzun taleyini müstəqil şəkildə həll etməyə hazır olduğunun aydın siyasi sübutu olacaq. Biz bütün tərəflərin mövqeyini başa düşürük, çünki bu məsələlər milli problemlərə aiddir. Eyni zamanda, birgə əməkdaşlığın tam həyata keçirilməsi üçün mümkün qədər tez ümumi mövqeyə gəlmək lazımdır.” - Qasım Jomart Tokayev əlavə edib.
Təkliflər, planlar, məqsədlər
Tacikistan lideri Emoməli Rəhmon Mərkəzi Asiya dövlət başçılarının məşvərət yığıncağının nəticələrinin regionda proseslərin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib. Birgə infrastruktur layihələrinin işlənməsi məsələsinə toxunan Emom?li Rahmon Tacikistanın “rahat tranzit zonası”na çevrilməyi planlaşdırdığını qeyd edib. Tacikistan lideri deyib ki, Mərkəzi Asiya ölkələri birlikdə nəhəng nəqliyyat və infrastruktur layihələrini həyata keçirməyə çalışmalıdırlar.
Sammit ərəfəsində beş ölkənin nəqliyyat nazirlərinin də görüşü keçirilib, iclasda “Mərkəzi Asiyada quru nəqliyyatının qarşılıqlı əlaqəsinin gücləndirilməsi haqqında” saziş layihəsi təsdiqlənib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə öz növbəsində Mərkəzi Asiya Dövlətlərinin İqtisadi Şurasının yaradılmasını təklif edərək bunun bütün ticarət-iqtisadi gündəm kompleksi üzrə praktiki qarşılıqlı əlaqəni genişləndirmək üçün zəruri olduğunu vurğulayıb.
İlham Əliyevin növbəti diplomatik uğuru
Sammitə fəxri qonaq kimi dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında ölkəmizin regiondakı mühüm iqtisadi və siyasi əhəmiyyətindən, eyni zamanda, etibarlı tərəfdaş və vacib tranzit ölkə kimi xüsusi mövqeyindən söz açıb. “Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına gedən yolda etibarlı tranzit ölkədir” - deyə, dövlətimizin başçısı çıxışında qeyd edib. Prezident İlham Əliyev Mərkəzi Asiyalı həmkarlarına səmimi jest edərək “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat və logistika infrastrukturu onların üzünə açıqdır” söyləyib.
Mərkəzi Asiya Dövlət Başçılarının V sammiti ilə bağlı xüsusilə, Azərbaycanın mövqeyini şərh edən “Avrasiya İdeyalarının Emalı” Elmi Tədqiqatlara Dəstək Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk öz açıqlamasında bildirib ki, Azərbaycan son zamanlar müxtəlif səbəblərə, xüsusilə də strateji maraqlarına görə Mərkəzi Asiyada fəallığını artırır:
“Mərkəzi Asiya ölkələri qrupu son illərdə üç istiqamətdə fəallıq nümayiş etdirib. Regiondaxili fəaliyyət, Çinlə əlaqələrin canlanması və nəhayət, ABŞ-la münasibətlərdə aktivlik. Gəlin, etiraf edək ki, Rusiya regional siyasi proseslərdən davamlı şəkildə, avtomatik kənara çəkilir. Bu məqamda Azərbaycan bir çox səbəblərdən Mərkəzi Asiya ilə təmaslarını artırır. Birinci səbəb odur ki, Azərbaycan strateji cəhətdən inkişaf edir. Ona görə də Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə əlaqələr, bu strategiya ilə bağlı olan bütün nəqliyyat və xammal infrastrukturu Bakı üçün vacibdir” - deyə, analitik bildirib.
Beləliklə, Rusiya mediasının bu görüşlə bağlı apardığı müzakirələrdə xüsusi vurğu Azərbaycanın üzərinə düşüb və əsas diqqət Prezident İlham Əliyevin çıxışına yönəlib. Görünür, Tacikistanın Özbəkistan və Türkmənistandan keçməklə Transxəzər nəqliyyat dəhlizinə çıxışı, daha sonra isə Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və Avropaya çıxışı məsələsi şimal qonşumuzu dərindən maraqlandırıb. Rusiyalı ekspertlərin fikrincə, Özbəkistan da bu marşruta qoşulmaqda maraqlıdır.
Azərbaycan regional gücə çevrilib
Son dönəmlər Türk Dövlətləri Birliyi ölkələrinin biri-biri ilə yaxınlaşmasına, öz aralarında siyasi, iqtisadi, mədəni əlaqələri dirçəltməsinə diqqət çəkən rusiyalı politoloq
Trofimçuk hesab edir ki, bu proseslərdə Bakı xüsusi rol oynayır. Analitikin fikrincə, Azərbaycan qardaş münasibətində olduğu Türkiyədən başqa, Mərkəzi Asiya regionunun türkdilli ölkələri: Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı özündə birləşdirən Türk Dövlətləri Birliyində də oynadığı aktiv rolu genişləndirir.
“Məhz bu səbəbdən, Mərkəzi Asiya ölkələri üçün bu tədbirdə Azərbaycanın iştirakı böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin məşvərət toplantısına fəxri qonaq kimi dəvət edilməsi və çıxış etməsi üçün istək də yəqin ki, buradan yaranıb. Bu cür rəsmi dəvət diplomatiyada həqiqətən, bir ilkdir və bu, simvolik xarakter daşıyır. Ümumiyyətlə isə demək lazımdır ki, Bakı qlobal siyasət sferasında özünü son dərəcə diplomatik və tədbirli aparır”.
Türkdilli ölkələrin bir qurum daxilində yaxınlaşmasını “təbii proses” adlandıran ekspertin fikrincə, bu ölkələr həm də tarixi köklərinə intuitiv bağlı olduqlarından bir yerdə olmağa çalışırlar.
Beləliklə, Düşənbə görüşü barədə bütün yazılanlardan və deyilənlərdən çıxan ortaq nəticə, Mərkəzi Asiya ölkələrinin logistika və kommunikasiya əlaqələrinin inkişafında yeni mərhələyə hazırlaşmaları, Azərbaycanın isə bu prosesdə lokomotiv rola sahib olacağıdır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
